Icma.az
close
up
RU
“Dəmir yumruq” dünya azərbaycanlılarının birlik rəmzinə çevrilib”

“Dəmir yumruq” dünya azərbaycanlılarının birlik rəmzinə çevrilib”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Sabah 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu əlamətdar gün milli azadlıq mübarizəmizin məntiqi nəticəsi kimi formalaşıb, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların vahid amal ətrafında birləşməsinin rəmzinə çevrilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vasif Qafarov bu gün keçirilən plenar iclasda bildirib.

“Ümummilli Lider Heydər Əliyevin vurğuladığı kimi, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini təcəssüm etdirən inam və ümid anıdır. 

Məhz Ulu Öndərin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis edilməsi tarixi uzaqgörənliyin və milli dövlətçilik düşüncəsinin parlaq nümunəsi kimi tarixə düşüb. Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təşkilatçısı və təbliğatçısı kimi diaspor quruculuğunu dövlət siyasətinin mühüm istiqamətinə çevirdi. Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

2020-ci ilin Vətən müharibəsi zamanı hər bir Azərbaycan vətəndaşı və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı misli görünməmiş bir milli həmrəylik nümayiş etdirdi. Azərbaycanda və dünyanın dörd bir tərəfində yaşayan bütün azərbaycanlıları vahid bir yumruq ətrafında daha sıx birləşdirən Ali Baş Komandan İlham Əliyevin yenilməz qətiyyəti, polad iradəsi, vətənpərvərliyi və onun ilk gündən nümayiş etdirdiyi möhkəm hərbi-siyasi əzmi oldu. 

Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının nümayiş etdirdiyi misilsiz birlik milli həmrəyliyin real gücə çevrildiyini açıq şəkildə göstərdi. Bu həmrəylik böyük tarixi zəfəri qazanmağımızda mühüm rol oynadı. 

2022-ci ildə Şuşa şəhərində keçirilən dünya azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı milli birlik və qələbə ruhunun ən yüksək təcəssümü oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dəmir yumruq” artıq təkcə hərbi gücümüzün, zəfər salnaməmizin deyil, dünya Azərbaycanlılarının sarsılmaz birliyinin rəmzinə çevrilib.

Bu gün dünyanın 70-dən artıq ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlını birləşdirən başlıca dəyər müstəqil və suveren Azərbaycan dövlətidir. Harada yaşamağımızdan asılı olmayaraq, bizi birləşdirən Vətənimizin Azərbaycan, dilimizin Azərbaycan dili, ümumxalq ideologiyamızın isə Azərbaycançılıq məfkurəsi olduğu bir daha təsdiqlənib. Bu məfkurə dünya azərbaycanlılarının milli-mənəvi varlığının qorunmasının əsas dayağına çevrilib”, - deputat bildirib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri