Icma.az
close
up
RU
“ ”Dəmir yumruq” milli birliyimizin və sarsılmaz iradəmizin rəmzinə çevrilib” ŞƏRH

“ ”Dəmir yumruq” milli birliyimizin və sarsılmaz iradəmizin rəmzinə çevrilib” ŞƏRH

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşında milli birliyin, vəhdətin və ümummilli məsuliyyətin rəmzi kimi xüsusi yer tutur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Fatma Yıldırım bildirib.
Onun sözlərinə görə, bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qoyulmuş və 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edib:
“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycanlıların harada yaşamasından asılı olmayaraq eyni kökdən, eyni tarixdən və eyni taledən gəldiklərini bütün dünyaya bəyan edən güclü ideoloji platformadır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində baş verən tarixi yürüşlər, sərhəd dirəklərinin sökülməsi xalqımızın parçalanmaya yox, birliyə məhkum olduğunu nümayiş etdirib. Bu, azərbaycanlıların milli özünüdərk və bütövlük iradəsinin açıq ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin ideoloqu kimi bu birliyi sistemli dövlət siyasətinə çevirmiş, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasını daim diqqət mərkəzində saxlayıb. Onun “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri hər bir azərbaycanlı üçün milli qürur manifestinə çevrilib.
Bu möhtəşəm siyasi xətt bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının xarici səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşləri, onların problem və təkliflərinə göstərilən diqqət, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini təsdiqləyir. Xaricdə yaşayan hər bir azərbaycanlının hüquq və mənafelərinin qorunması Azərbaycan dövlətinin ali vəzifəsi kimi müəyyən edilib.
Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun humanitar, mədəni və sosial layihələri dünya miqyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin təbliğinə mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq humanitar təşəbbüslər, mədəniyyətlərarası dialoqa xidmət edən proqramlar Azərbaycanı sülh, əməkdaşlıq və humanizm məkanı kimi tanıdır, dünya azərbaycanlıları arasında mənəvi bağları daha da möhkəmləndirir.
Vətən müharibəsi isə həm ölkə daxilində, həm də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların misilsiz milli həmrəyliyini nümayiş etdirdi. Diaspor təşkilatlarımızın fəallığı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri qətiyyətli mövqe tarixi Zəfərimizin ayrılmaz tərkib hissəsi oldu. “Dəmir yumruq” bu gün milli birliyimizin və sarsılmaz iradəmizin rəmzinə çevrilib.
2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı milli həmrəyliyimizin yeni mərhələsinin başlanğıcı oldu. Azad Qarabağda, azad Şuşada toplaşan dünya azərbaycanlıları bir daha sübut etdilər ki, müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün güclü cazibə mərkəzidir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyə, Vətənə sədaqətə, milli-mənəvi dəyərlərimizə hörmətə çağırışdır. Əminəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu müqəddəs günü qürurla qeyd edir, müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr edir.
Dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza birlik, dövlətimizə davamlı inkişaf və əbədi Zəfərlər arzulayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see327

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see234

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see167

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see166

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see163

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see154

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see150

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see148

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see147

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see143

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see134

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see133

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see130

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri