Icma.az
close
up
RU
“Dəmir yumruq” xocalıların qanını yerdə qoymadı” Vahid Əziz

“Dəmir yumruq” xocalıların qanını yerdə qoymadı” Vahid Əziz

Icma.az, Yenicag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bu gün biz Xocalıya qayıtmışıq, qisasımız alınıb”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Xalq şairi Vahid Əziz Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı fikirlərini bölüşərkən deyib.

O, Xocalı qətliamının təkcə millətimizə qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qarşı yönələn ən ağır cinayət kimi dəyərləndirib:

“Erməni quldurların öz himayədarlarının yardımı ilə törətdikləri Xocalı qətliam, amansızlıq və vəhşilik təkcə millətimizə qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı yönələn ən ağır cinayət kimi tarix səhifəsinə qanla yazılan soyqırımıdır. Bu hadisə soyqırımı olmaqla yanaşı, Ermənistanın dövlət terrorizmi və ruslarla birlikdə törətdikləri hərbi cinayət aktı idi. Bu ağrı, bu faciəni heç vaxt unutmayacağıq. Bu gün biz Xocalıya qayıtmışıq, qisasımız alınıb”.

İkinci Qarabağ savaşı kontekstində vətənpərvərlik mövzusuna, vətən uğrunda savaşa və qələbəyə həsr edilən saysız-hesabsız şeirlərin, irihəcmli əsərlərin müəllifi olan Xalq şairi həmin əsərlərdən birini – 2016-cı ildə yazdığı “Xocalı vağzalısı” adlı şeirini də oxucularla bölüşüb:

Alaçıqlar məkanından səda gəlir,

“Vağzalının” sədaları toy çalınır, bu bir özgə.

“Vağzalıdır”, böyüyüblər, Xocalıda öldürülmüş,

Körpələrin ruhlarının vüsalıdır!

Zilə qalxın, tükürpərdən haray salın zurnaçılar!

Davulçular, təbilləri elə vurun,

Məhvərindən yer oynasın!

Qoy anlayıb duysun bəşər,

Bu, elə bir itkidir ki, yaraları sağaldıqca,

Qaysaqların altındakı ağrıları dərinləşər!

Qara zurna, odlu davul,

Döyün çürük beyinləri,

Açın batmış qulaqları.

Yer üzünün bütün körpə uşaqları

Dərk eləsin, anlasın ki, nələr çəkdi.

Can verərək Xocalıda öldürülmüş yaşıdları.

Nə qədər ki, bu cahan var,

Xocalının qan donduran,

“Vağzalısı” çalınacaq!

Nakam getmiş gül balalar, and içirik baş əyərək qarşınızda,

Qisasınız alınacaq!!!

Şair qisasımızın alındığını və xocalıların Xocalıda yeni həyata başladığını fəxarətlə söyləyib:

“Əmin idim, bilirdim ki, qisas günü uzaqda deyil. O qisas alındı. Şəhid xocalıların qanı yerdə qalmadı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük qələbəmizlə başa çatdı”.

Onun fikrincə, cənab Prezident Xocalı şəhərində Azərbaycan bayrağını ucaltdı:

“Otuz ilə yaxın həsrətdən sonra doğma yurd-yuvalarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi ilə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “dəmir yumruğu” ətrafında birləşib, elə o “Dəmir yumruq”la da düşmənin başını əzdik. Bütün dünyaya qalib xalq olduğumuzu sübut etdik. Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinləri də işğaldan azad olunan Xocalıya qayıdır, vaxtı ilə soyqırımı acısını yaşamış bu torpaq yeni həyat başlayıb və şəhidlərimizin ruhu dinclik tapıb”.

Cəvahir

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 26 Fevral 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri