Icma.az
close
up
RU
Dəmir yollarında vahid rəqəmsal məkan

Dəmir yollarında vahid rəqəmsal məkan

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycan Nəqliyyat və Kommu­nikasiya Holdinqinin (AZCON Hol­ding) tərkibində fəaliy­yət göstərən “Azər­baycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəqəmsal transformasiya strategiyası çərçivəsində növbəti yeniliyə imza atıb. Qurumun elektron xidmətlər portalı bugünlərdə ölkənin vahid rəqəmsal identifikasiya sistemi olan “digital.login” ilə uğurla inteqrasiya edilib. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata əsasən, bu yenilik istifadəçilərə portala daha sürətli, təhlükəsiz və rahat şəkildə daxil olmaq imkanı yaradır. İstifadəçilər portalda xidmətlərə daxil olmaq üçün artıq mövcud olan identifikasiya vasitələrindən – SİMA İmza, Asan İmza, SİMA Token (Elektron İmza), İdentifikasiya nömrəsi və BSXM Elektron İmzadan istifadə edə bilirlər.

Ümumilikdə isə, inteqrasiya prosesi bir sıra üstünlükləri ilə diqqət çəkir. Hər şeydən əvvəl, portala sadə və sürətli giriş nəticəsində təkrar qeydiyyat zərurəti aradan qalxır. Digər tərəfdən, dövlət tərəfindən təsdiqlənmiş identifikasiya vasitələrindən istifadə təhlükəsizliyin artırılmasına imkan yaradır. Eyni zamanda, müraciət və sorğuların təqdimat prosesi sürətlənir ki, bunun da nəticəsində istifadəçilər vaxta qənaət etmək imkanı qazanırlar. Dövlət sistemləri ilə uyğunluq – “MyGov” portalı və digər dövlət platformaları ilə inteqrasiya imkanı da yeni tətbiqin əsas üstünlüklərindəndir. 

Xatırladaq ki, Azərbaycanda rəqəmsal hökumət sisteminin inkişafına mühüm töhfə verəcək yeni layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Eyni zamanda, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəqəmsal transformasiya strategiyası çərçivəsində reallaşdırdığı layihə “bir pəncərə” prinsipi əsasında təqdim edilən onlayn xidmətlərin daha da genişləndirilməsinə imkan yaradır. 

Bununla yanaşı, ADY-nin bu yaxınlarda istifadəyə verdiyi elektron xidmətlər portalı (https://portal.ady.az/) əməliyyat səmərəliliyinin artırılması, vətəndaşlara və biznes müştərilərinə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır və dəmiryol xidmətlərinin daha rahat, müasir, şəffaf və innovativ şəkildə təqdim olunmasını təmin edir. Portal vətəndaşların müraciət və digər xidmətlərə onlayn formada çıxışını təmin edən əsas platforma kimi inkişafını davam etdirəcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri