Icma.az
close
up
RU
Demokrat senator Trampı hökumətin maliyyəsini kəsməklə hədələyir

Demokrat senator Trampı hökumətin maliyyəsini kəsməklə hədələyir

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Konqresindəki demokratlar ABŞ prezidenti Donald Tramp administrasiyasının hökuməti yenidən təşkil etmək cəhdlərinə etiraz olaraq federal hökumətin maliyyələşdirilməsinin uzadılmasına dair qətnaməni bloklaya bilərlər.

Bizimyol.info xəbər verir ki, bu barədə Nyu Cersi ştatının senatoru Endi Kim NBC telekanalının efirində bildirib.

"Bir neçə həftədən sonra biz federal hökumətin maliyyələşdirilməsini uzatmaq üçün qətnaməyə səs verəcəyik. Respublikaçılar onun qəbuluna necə nail ola biləcəklərini anlamağa çalışacaqlar. Son iki ildə hər bir belə qətnaməni təsdiqləmək üçün demokratların səsinə ehtiyacları var idi.Bu dəfə onlar bununla hesablaşmamalıdırlar", - deyə o qeyd edib.

Kim hesab edir ki, indiki Vaşinqton administrasiyası “hökuməti ləğv etmək” cəhdlərinə görə cavab verməlidir. Onun sözlərinə görə, Demokrat Partiyası bunun üçün əlində olan təzyiq rıçaqlarından istifadə edəcək. “Bu administrasiyanın əməllərindən danışaraq, şahidi olduğumuz bu qanunsuzluğu davam etdirəcək səyləri dəstəkləyə bilmərik. İcazə verə bilmərik ki, biz hökumətin maliyyələşdirilməsini dəstəkləyək ki, onu ləğv etmək üçün istifadə etsinlər”, - deyə qanunverici bildirib.

ABŞ-ın keçmiş prezidenti Co Bayden dekabr ayında Konqresin hər iki palatası tərəfindən federal hökumətin maliyyələşdirilməsini 14 mart 2025-ci ilə qədər davam etdirmək üçün əvvəllər təsdiqlənmiş qanun layihəsini imzalayıb.

Trampın inauqurasiyasından dərhal sonra ABŞ-ın Hökumətin Səmərəliliyi Departamenti (DOGE) İlon Maskın rəhbərliyi altında ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Ümumilikdə Mask ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaldacağını gözləyir. Əslində, Maskın tələbi ilə Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) yenidən təşkil olunmaq üçün müvəqqəti olaraq bağlanıb. DOGE ABŞ Təhsil Nazirliyində də yoxlamalara başlayıb.

“The Wall Street Journal” yazır ki, Tramp administrasiyası departamentin tam ləğvinə səbəb ola biləcək fərmanın verilməsi imkanını müzakirə edir.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Fevral 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri