Demokratiya TV nin rəhbəri həbs edildi Foto
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Demokratiya TV" internet kanalının rəhbəri həbs edilib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Tərtər rayon sakini Arif Paşayev vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilib.
Məlumata görə, o, Tərtər Su-Meliorasiya sistemlərinin istismarı idarəsinin rəis müavini və rayonun digər vəzifəli şəxsləri barədə rüsvayedici məlumatlar yaymaqla onların əmlaklarını ələ keçirməkdə ittiham olunub. A.Paşayev barəsində daxil olan şikayət əsasında polis əməkdaşları araşdırmalara başlayıb, keçirilən tədbirlərlə o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə A.Paşayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Baxış sayı:159
Bu xəbər 29 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















