Icma.az
close
up
RU
Demokratiya hərləyən var?!

Demokratiya hərləyən var?!

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rüstəm Qaraxanlı yazır...

Rumıniyada prezident seçkisinin ikinci turunda Buxarest meri Nikuşor Dana məğlub olmuş Corc Simion Avropanın dörd ölkəsini səsvermə prosesinə müdaxilədə ittiham edir. Milliyyətçi və Tramp tərəfdarı kimi tanınan Simion əmindir ki, Polşa, Fransa, Moldova və İspaniya seçkidə liberal Danın qələbə qazanması üçün Rumıniyanın daxili işlərinə qarışıblar. Məsələn, Emmanuel Makron bəyanatlarından birində çəkinmədən rumınları Avropa naminə N.Dana səs verməyə çağırıb. Moldova isə "seçki turizmi" prosesinin qovşağı rolunu oynayıb. Simionun fikrincə, eyni rumın dilində danışan moldovalılar Rumıniyadakı səsvermədə iştirak ediblər.

Buxarestdə seçki böhranı ötən ilin payızından sıravi rumınları bir-birinə düşmən edib. Noyabrda keçirilən seçkidə ultrasağ düşərgəni təmsil edən Kelin Corcesku qalib gəlsə də, Konstitusiya Məhkəməsi Avropa İttifaqının təzyiqi ilə nəticələri ləğv edən biabırçı qərarın qəbulu yükünün altına girmək məcburiyyətində qalıb. Bu azmış kimi, Corceskunun yenidən namizədliyini irəli sürməsi qadağan olunub. İndi Danın qələbəsindən şikayət edən Simion həmin seçkidə dördüncü nəticəni göstərib. Onun may seçkisində liberallara əsas rəqib olmasının səbəbi isə budur ki, Corcesku kimi, Simion da sağ-millətçi düşərgənin təmsilçisidir. Buna görə də sağ elektorat gedib ona səs verib.

Rumıniyada da, Avropanın bir çox dövlətində olduğu kimi, yerli siyasi qüvvələr iki cəbhədə təmərküzləşiblər: liberallar Avropa İttifaqının, sağçı və millətçilər isə Tramp siyasi dünyagörüşünün tərəfdarıdırlar. Bu bölgü Brüssel üçün öldürücü mahiyyət kəsb edir. Çünki sağçıların qələbə çalması tək ABŞ-nin deyil, həm də Rusiyanın maraqlarının təmin olunması, "Moskvanın dəyirmanına suyun tökülməsi" deməkdir. Brüsseldəkilər Aİ-nin şərq cinahını itirməkdən çox qorxurlar.

Ötən həftə Almaniyanın yeni Baş naziri Fridrix Merts Rusiyanın ünvanına bir sıra sərt bəyanatlarla yadda qaldı. Merts Ukraynadakı müharibəyə canlı qüvvə ilə dəstəyin əleyhdarı olsa da, onun hakimiyyətə gəlişindən sonra rəsmi Berlinin Moskvaya yönəlik ritorikası Olaf Şolts dövründəkindən fərqli olaraq xeyli sərtləşib. Mertsin siyasi olimp yolu hamar olmayıb, o da öz ölkəsindəki sağçılar - alternativçilərlə cırmaqlaşaraq baş nazir postuna seçilib. Avropanın ən köklü sağ siyasi hərəkatlarından olan "Almaniya üçün Alternativ" qatı millətçi və sağ cinahın ənənəvi təmsilçisidir. Son seçkidə Merts alternativçiləri yalnız cüzi səs çoxluğu ilə üstələyə bilib. Bu səbəbdəndir ki, onun parlamentdə hökumətə rəhbərlik üçün ilk cəhdi daşa dəyib, kabineti yalnız ikinci dəfədən formalaşdıra bilib. Üstəlik, seçkidən sonra sağçıların reytinqi daha da artaraq hökumət koalisiyasına çatdığından, Merts rəqiblərini alman soyuqqanlılığı ilə, fərqli yolla sıradan çıxarmaq qərarına gəlib. Avropa liberalizminin iki əsas sütunlarından biri olan Almaniyada iqtidar rəqiblərini seçki deyil, siyasi təqib yolu ilə neytrallaşdırmaq məcburiyyətində qalıb. Hazırda "Almaniya üçün Alternativ"in qanundankənar elan edilməsi üçün ciddi iş gedir. Müharibədə bütün vasitələr məqbuldur...

Merts hökumətinin bu addımı atması nə təsadüfidir, nə də sırf daxili mübarizənin nəticəsidir. Alman alternativçiləri Trampa simpatiyaları ilə seçilirlər. Tramp isə hazırda "qoca qitə"nin ultraliberal siyasi isteblişmentinin ən qorxulu yuxusunun mərkəzi personajıdır. Bu ilin martında Fransada da Almaniyada baş verənlərin eynisi olub. Makron hakimiyyəti illərin müxalifəti olan sağçı-millətçilərin lideri Marin Le Penin siyasi mübarizə ilə məşğul olmasını qadağan edib. Le Pen düz beş il ərzində Fransa liberallarının "əl-ayağına" dolaşmayacaq.

Rusiya-Ukrayna müharibəsi və Tramp amili Avropanın siyasi konyunkturunu iki yerə parçalayıb. Sağçılar da, ABŞ prezidenti kimi, müharibəyə və büdcə pullarının Ukraynadakı hərbi-siyasi bataqlığa axıdılmasına qarşıdırlar. Tramp qitənin liberal hakimiyyətlərini sərt tənqid etməklə sağçılara dəstək verir. Bu səbəbdən Avropa dövlətlərində keçirilən seçkilərdə daha çox ideologiya deyil, geosiyasət rol oynayır. Günü sabah istənilən ölkədə seçki keçirilsin, ya Rumıniyada baş verənlər yaşanacaq, ya da rəqiblər Fransa və Almaniyadakı kimi qeyri-demokratik, administrativ üsullarla sıradan çıxarılacaqlar. Seçki prosesinin özü isə müxtəlif manipulyasiyalarla müşayiət olunacaq. Hələ narazıların Orbanın Macarıstanı, Fitsonun Slovakiyası kimi gözümçıxdıya salınması da bir yandan. Necə deyərlər, su meymunun boğazına çatanda balasını ayaqlarının altına alar. Demokratiya liberal Qərbin sevimli "övlad"ı olduğundan, çətin vəziyyətdə ayaq altında qalan da o olur...

Burada bir anekdot yada düşür. Bir gün bir canavar ac-yalavac dolaşarkən tülkünün iştaha ilə leş yediyini görür. Yaxınlaşıb: "Sən kimsən ki, mən ac ola-ola pişvaza çıxmısan?" - soruşur. Tülkü vəziyyətdən özünəməxsus tərzdə çıxır: "Yeni qanunu eşitməmisən? Sizə gün ərzində qoyun-quzu sürüsündən bir baş heyvanı götürüb yeməyə icazə veriblər, neyləyirsən leşi?" Bunu eşidən canavar sevincək yön alır ilk gördüyü sürüyə. Köç itləri də himə bəndi imişlər kimi, düşürlər bunun canına. Canavar özünü güclə xilas edib, tülküyə çatdırır: "Bəs demişdin, yeni qanun çıxıb?" Tülkünün "qırmızı" cavabı özünü çox gözlətmir: "Qanun çıxmağına çıxıb. Amma indi qanunu hərləyən var?"

İspan filosof və sosioloqu Xose Orteqa-i-Qasset "Kütlələrin qiyamı" əsərində yazırdı: "Demokratiyanın taleyi onun istənilən forma və inkişaf səviyyəsində xırda texniki detaldan - seçki prosedurundan asılıdır. Qalan nə varsa, ikinci dərəcəlidir". Göründüyü kimi, bu gün Avropada baş verənlər yenə də seçki prosedurundan asılıdır, sadəcə, detallar dəyişib: Demokratiya hərləyən var?!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://oxu.az
archiveBu xəbər 26 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri