Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Demokratiya və Milli Birlik Günü

Demokratiya və Milli Birlik Günü

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Doqquz il əvvəl bu gün Türkiyə milli gücünü bütün dünyaya nümayiş etdirdi

Bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur. 9 il bundan əvvəl iyulun 15-dən 16-a keçən gecə hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdinin qarşısı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.

Xatırladaq ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbçi cəlb edilib. O qanlı və qaranlıq gecədə Türkiyənin gün işığına çıxması üçün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub.

Terrorun qaranlıq üzü...

Terror hadisələrinin isə FETÖ tərərfindən törədildiyi müəyyənləşdirildi. FETÖ-nün təmsilçiləri uzun müddət din pərdəsi altında gizlənməyi və təşkilatlanmış şəbəkə qurmağı bacarmışdılar. Ancaq şəbəkənin üvləri özlərini müxtəlif adlar altında dini-ideoloji cərəyan nümayəndələri kimi təqdim etsələr də, bu cərəyanın və yaxud qurumun İslam dininə hansısa bir bağlılığı olmayıb. Söhbət yalnız müqəddəs dini dəyərlərdən alət, çətir kimi istifadə etməklə çirkin məqsədlərin həyata keçirilməsindən gedirdi.  Qeyd edək ki, FETÖ Fətullah Gülənin başçılığı ilə 1960-cı ilin sonlarında Türkiyənin İzmir şəhərində təşəkkül tapıb, sonradan gülənçilər fəaliyyətlərini bütün Türkiyə ərazisində və bir sıra digər ölkələrdə həyata keçirməyə başlayıblar.

Bütövlükdə, reallıq ondan ibarətdir ki, bu təşkilat fərqli ideologiya və məqsədlər əsasında yaradılaraq fəaliyyət göstərib. Fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə bəlli olur ki, bu qurum bütünlüklə siyasiləşib və okeanın o tayından gələn təlimatları həyata keçirməklə məşğul olub. Gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən də çəkinmirdilər. Klassik din terroru qınayaraq onu inkar edir. İslamın mahiyyəti ilə məlumatı olan hər kəsə məlumdur ki, bu dində, ümumiyyətlə, zorakılığa yer yoxdur. FETÖ camaatına isə son məqsədə çatmaq üçün bütün vasitələrə əl atmaq, hətta öldürməkdən çəkinməmək təlimatları aşılanıb.  Bu da soyuq müharibədən sonra Qərbdə İslamın timsalında yeni bir düşmən obrazının yaradılması ilə bağlıdır. İslamofob dairələrin əlində alətə çevrilən FETÖ terror əməllərinə sövq edilməklə həm də müqəddəs dinimizin gözdən salınmasına xidmət etmiş oldu.

15 iyul hadisələri fonunda isə Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa etdi.

Azərbaycan hər zaman Türkiyənin yanındadır

2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Bu fakt bir daha təsdiqlədi ki, dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Bizi birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib.

Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər. Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri rəsmən təsdiqlənib. İki qardaş ölkənin liderləri böyük öndərlər Heydər Əliyevlə Mustafa Kamal Atatürkün ənənələrini eyni ardıcıllıqla davam etdirərək daha da zənginləşdirirlər.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 İyul 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see410

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see330

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see257

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see256

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see252

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see247

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see245

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see236

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see235

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see227

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see224

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see218

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see218

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see206

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see203

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see198

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see196

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see190

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri