XİN Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyənin 15 iyul - Demokratiya və Milli Birlik Günü münasibətilə paylaşım edib.
Bakıvaxtı.az xəbər verir ki, paylaşımda deyilir:
"15 iyul 2016-cı il - qardaş Türkiyə xalqının dövlətçiliyini və milli iradəsini qətiyyətlə qoruduğu şanlı bir tarixdir. Bu gündə dövlət çevrilişi cəhdinin qarşısını alarkən canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla anırıq. Qəhrəman Türk xalqının birliyi və iradəsi sayəsində yazılan bu dastan sülhə, sabitliyə və ortaq dəyərlərin qorunmasına verilən töhfədir. Demokratiya və Milli Birlik Gününüz mübarək, əziz Türkiyə".

Demokratiya və Milli Birlik Günü
15 İyul 2025 09:13
“Demokratiya və Milli Birlik Günü” münasibətilə Türkiyəyə 41 ölkədən xarici jurnalistlər dəvət edilib
14 İyul 2025 14:32
İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 İyul 2025 12:11
Milli birlik günü
25 Dekabr 2024 14:04
Türkiyə konsulluğu Gəncədə “15 iyul Demokratiya və Milli Birlik Günü” ilə ələqadar tədbir keçirib FOTO
15 İyul 2025 11:43

