Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Demoqrafik proseslər haqqında mühüm tədqiqat əsəri

Demoqrafik proseslər haqqında mühüm tədqiqat əsəri

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rəsmiyyə SABİR (ABDULLAYEVA)
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "İnklüziv sosial inkişaf" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor

Hər bir ölkənin sosial-iqtisadi siyasətində demoqrafik məsələlər mühüm yer tutur. Demoqrafik prosesləri öyrənmədən səmərəli sosial-iqtisadi siyasət aparmaq mümkün deyil. Bu proseslərin öyrənilməsi hər zaman aktual olub. Xüsusilə də, müasir dövrdə, yəni dünya əhalisinin tərkibində qocalmanın getdiyi vaxtda, demoqrafik proseslərin tənzimlənməsi xüsusi aktuallıq daşıyır. Ümummilli lider Heydər Əliyev demoqrafik proseslərin öyrənilməsinin əhəmiyyəti ilə bağlı deyirdi: "Biz, respublikanın demoqrafik inkişafı və əhalinin işlə daha səmərəli təmin olunması üçün elmi surətdə əsaslandırılmış uzunmüddətli konsepsiyaya malik olmalıyıq".

Bu baxımdan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Şahbaz Muradovun "Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)" kitabı ciddi maraq kəsb edir. İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş kitabın elmi redaktoru İnstitutun böyük elmi işçisi, iqtisadçı demoqraf Çingiz Baxış, rəyçiləri iqtisad elmləri doktoru, professor Gülənbər Əzizova və iqtisad üzrə fəlsəfə doktoru, dosent Rüfət Əfəndiyevdir.

Monoqrafiya müasir şəraitdə ölkəmizdə demoqrafik proseslərin öyrənilməsi nöqteyi-nəzərindən əsaslı əhəmiyyətə malikdir. Müəllif "Giriş"də mövzunun aktuallığı ilə bağlı yazır: "Müasir dövrdə bəşəriyyəti narahat edən qlobal problemlər arasında dünya əhalisinin sürətli artımı və demoqrafik proseslərdə baş verən kəskin dəyişikliklərlə bağlı məsələlər mühüm yer tutur. Təsadüfi deyil ki, dünya əhalisinin sürətli artımı və demoqrafik proseslərdə baş verən dəyişikliklər indi ayrı-ayrı dövlətlərin ölkə daxilində və beynəlxalq aləmdə yeritdiyi siyasətə daha çox təsir göstərir və bu problemlərə "demoqrafik aspekt" verərək, onların qoyuluşu və həllinə yeni mövqelərdən yanaşılmasını tələb edir".

Kitab statistik və taixi materiallarla zəngindir. Belə ki, monoqrafiyada uzunmüddətli dövr - 1828-2020-ci illərdə baş verən demoqrafik dəyişikliklər təhlil edilib.

3 fəsildən və əlavələr bölməsindən ibarət kitabın I fəsli "Böyük Oktyabr Sosialist İnqilabınadək olan dövrdə Şimali Azərbaycanın və Xalq Cümhuriyyəti dövründə Azərbaycan Respublikasının demoqrafik vəziyyətində baş vermiş dəyişikliklər və onlara təsir etmiş amillər" adlanır. Bu fəsildə Çar Rusiyası dövründə Şimali Azərbaycanın demoqrafik vəziyyətində baş vermiş dəyişikliklər və onların əsas səbəbləri araşdırılıb. Müəllif, burada əvvəlcə Azərbaycanın qədim tarixinə nəzər salır. Ş.M.Muradov əhalinin ilk uçota alınması ilə bağlı yazır: "Lap qədim zamanlarda da dünyanın başqa ölkələrində olduğu kimi, Azərbaycanın ərazisində də əhalinin sayı və tərkibinin müəyyənləşdirilməsinə böyük maraq göstərilmiş və arabir onun uçota alınmasına cəhd edilmişdir. Ancaq həmin dövrlərdə əhalinin uçota alınması çox primitiv xarakter daşımış və burada əsas məqsəd dövləti hərbi, fiskal və inzibati fəaliyyətini həyata keçirmək üçün ölkədə mövcud olan əhalinin sayı və tərkibi haqqında ən elementar məlumatlarla təmin etməkdən ibarət olmuşdur".

Monoqrafiya ilə tanışlıq əhalinin ilk siyahıya alınması ilə bağlı məlumat almağa da imkan verir: "Şimali Azərbaycanın ərazisinin də daxil olduğu Rusiya İmperiyasında isə əhalinin sayı və tərkibini özündə az-çox düzgün əks etdirən ilk rəsmi dövlət sənədi isə 1897-ci ildə burada keçirilmiş əhalinin Birinci Ümumi siyahıya alınması materialları hesab edilir".

Kitabın maraqlı cəhətlərindən biri də odur ki, müəllif demoqrafik prosesləri tarixi hadisələrin fonunda, elmi mənbələrə əsaslanaraq öyrənir. Təbii ki, tarixi hadisələr, müharibələr, soyqırımlar, siyasi dəyişikliklər və sair demoqrafik proseslərə təsirsiz ötüşmür. Odur ki, bu proseslərin qarşılıqlı şəkildə öyrənilməsi demoqrafik vəziyyətin düzgün qiymətləndirilməsi nöqteyi-nəzərindən mühümdür.

Müəllif doğma Azərbaycan torpaqları olmuş İrəvan xanlığı barədə bildirir ki, həmin torpaqlar Çar Rusiyası tərəfindən işğal edilənədək orada yaşayanların tam əksəriyyəti azərbaycanlılar olub və sonralar rusların və erməni şovinistlərinin təsirinə məruz qalıblar. Bu səbəbdən də get-gedə orada yaşamış azərbaycanlıların sayı azalmağa başlayıb və xarici ölkələrdən bu ərazilərə köçürülmüş ermənilərin hesabına ərazilərin demoqrafik vəziyyəti və əhalinin etnodemoqrafik quruluşu ermənilərin xeyrinə dəyişdirilib.

Monoqrafiyada Xalq Cümhuriyyəti dövründə Azərbaycan Respublikasının demoqrafik vəziyyəti, baş verən dəyişikliklərin əsas səbəbləri ətraflı təhlil olunub. Müəllif qeyd edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğunun 23 aylıq tarixi boyu erməni silahlı quldur dəstələri İrəvan, Naxçıvan və Qarabağ bölgələrində dinc azərbaycanlılara divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər vasitəyə əl atırdılar.

Kitabın II fəsli "Sovet hakimiyyəti illərində Azərbaycan SSR-nin demoqrafik vəziyyətində baş vermiş əsas dəyişikliklər və onlara təsir etmiş amillər"ə həsr olunub. Bu fəsildə əhalinin dinamikasında və quruluşunda, milli tərkibində, təbii təkrar istehsal göstəricilərində, nikah və boşanmalarda, əhalinin sağlamlığında, miqrasiya proseslərində (o cümlədən beynəlxalq miqrasiyada) baş vermiş dəyişikliklər və onların əhalinin hərəkət dinamikasına təsiri məsələlərinə geniş yer verilib.

Müəllif göstərir ki, "Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ölkə həyatında baş vermiş bir sıra köklü ictimai-siyasi, sosial-iqtisadi, mədəni, etnodemoqrafik və sair xarakterli dəyişikliklərin nəticəsində ilk vaxtlardan etibarən burada əhalinin sayı əvvəlki illərlə müqayisədə nisbətən sürətlə çoxalmağa; onun cins-yaş, sosial və sinfi quruluşu dəyişməyə; xəstəlik və ölüm halları kəskin surətdə azalmağa, ömür müddəti uzanmağa, əmək fəallığı, təhsil və mədəni inkişaf səviyyəsi yüksəlməyə başlamışdır".

Bu fəsildə 1940-1950-ci illərdə SSRİ-nin müttəfiq respublikalarının əhalisinin sayının dinamikası verilib. Azərbaycan Respublikasında əhalinin 1926-cı ildən 1991-ci ilədək olan dövrdə cins tərkibinin, 1959-1980-ci illərdə əmək quruluşunun dəyişilməsi, Sovet hakimiyyəti illərində yaş və cins quruluşunun dinamikası təhlil edilib.

Müəllif, I fəsildə olduğu kimi, bu fəsildə də demoqrafik proseslərdə baş verən dəyişiklikləri tarixi aspektdən açıqlayır. Tədqiqatçı göstərir ki, 40-cı və 50-ci illərdə Ermənistandan azərbaycanlıların zorla çıxarılmasının nəticəsində Azərbaycan əhalisinin sayı xeyli çoxalsa da, 1941-1945-ci illər müharibəsindəki itkilər, həmçinin də 30-40-cı illərin repressiyaları demoqrafik proseslərə mənfi təsir göstərib. Müharibədən sonrakı illərdə, daha doğrusu, 1948-1953-cü illərdə SSRİ-nin bütün başqa müttəfiq respublikalarından və xalqlarından fərqli olaraq, Azərbaycan xalqının daha ağır zərbələrə məruz qaldığını və həmin dövrün Azərbaycanın siyasi və demoqrafik inkişaf tarixinə bir qara səhifə kimi yazıldığını vurğulayan müəllif, tarixi faktlara istinadən, sovet hakimiyyəti dövründə azərbaycanlıların zorakılıqla dədə-baba yurdlarından köçürülməsi məsələlərini şərh edir.

Kitabın III fəsli "Müstəqillik illərində Azərbaycan Respublikasının demoqrafik inkişaf vəziyyətində baş vermiş dəyişikliklər, yeni meyllər və onlara təsir edən amillərin qiymətləndirilməsi və nizamlanması istiqamətləri" adlanır. Bu fəsildə isə müstəqilliyimizi bərpa etdikdən sonrakı illərdə Azərbaycan Respublikası əhalisinin quruluşunda, təbii təkrar istehsalı göstəricilərində, nikah və boşanmalarda, miqrasiya proseslərində baş vermiş əsas dəyişikliklər təhlil edilir. Müəllif, demoqrafik prosesləri təkcə tarixi aspektdən təhlil etməklə kifayətlənmir, eyni zamanda ölkədə demoqrafik proseslərin tənzimlənməsi istiqamətlərini də göstərir. Fikrimizcə, monoqrafiya müasir sosial-iqtisadi dəyişikliklər kontekstində demoqrafik proseslərin tənzimlənməsində mühüm rol oynaya bilər. Bu baxımdan, Ş.M.Muradovun "Azərbaycan Respublikasının demoqrafik inkişafı: tarixi dəyişikliklər, yeni meyllər, problemlər (1828-2020-ci illər)" kitabı demoqrafiya elmi üçün mühüm töhfədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri