Icma.az
close
up
RU
Mühacir dramaturq haqqında dəyərli tədqiqat əsəri

Mühacir dramaturq haqqında dəyərli tədqiqat əsəri

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Alaattin KARACA
Professor
(Türkiyə Cümhuriyyəti Muğla Sıtkı Koçman Universiteti Ədəbiyyat Fakültəsi Türk Dili və Ədəbiyyatı Bölməsi)

Azərbaycan mühacirət ədəbiyyatı xalqın istiqlal uğrunda mücadilə tarixində önəmli bir mərhələdir. Çünki Azərbaycanın özünəməxsus siyasi və sosial şəraiti, Rusiya işğalı, xüsusilə 1920-ci ildən sonra çox sayda azərbaycanlı aydının vətəndən məcburi ayrılmasına səbəb olub. Qardaş ölkə Türkiyə onlar üçün ilk sığınacaqlardan biri idi. İşğaldan sonra Türkiyəyə gələn aydınlar müxtəlif dərnəklər yaradaraq, jurnallar və kitablar nəşr edərək bir "mühacirət irsi" formalaşdırdılar. Bu mədəni irs içində ədəbi əsərlər olduğu kimi, siyasi və tarixi əsərlər də önəmli yer tutur. Lakin siyasi şərait səbəbindən uzun müddət bu mərhələ Azərbaycan elmi dünyası üçün qaranlıqda qalmışdı. Doğrusu, Türkiyədəki tədqiqatçılar da - bir neçəsi istisna olmaqla - uzun müddət bu irsi fərq edə bilməmişlər. Lakin son illərdə Türkiyədə Azərbaycan mühacirət irsi ilə bağlı elmi işlər artmış, azərbaycanlı mühacir aydınların əsərləri və nəşr etdikləri jurnallar üzrə tezislər hazırlanmağa başlanıb. Bu, Azərbaycan-Türkiyə münasibətlərinin həmin mərhələsini görmək, uzun müddət elmi dünyaya məlum olmayan azərbaycanlı mühacir aydınları tanımaq, tanıtdırmaq, onların Türkiyədəki fəaliyyətlərini, mədəni irslərini və çətin həyatlarını gün işığına çıxarmaq baxımından önəmli bir addımdır. Və hazırkı tədqiqatlar göstərir ki, Azərbaycan mühacirət irsini nəzərə almadan Azərbaycanın  müstəqillik uğrunda mücadilə tarixini yazmaq və anlamaq mümkün deyildir. Təəssüf ki, rusların qəsdən tətbiq etdiyi "yaddaşı silmə" siyasəti uzun müddət Azərbaycan elmi dünyasının əllərini bağlı saxlamış, tədqiqatçılar həm arxiv, kitabxanalarda müstəqil işləmək hüququndan faktiki məhrum olmuşdu. Lakin xüsusilə 1990-cı illərdən etibarən bu sahədə bir oyanışın baş verdiyi, Azərbaycan tarixi və ədəbiyyatı üzrə tədqiqatların artdığı nəzərə çarpır. Bu çərçivədə Azərbaycan mühacirət irsi ilə bağlı elmi işlərdə də artım müşahidə olunur. Dəyərli tədqiqatçı Abid Tahirli də bu mühüm mövzuya özünü həsr etmiş, mühacir aydınların çətin həyatları və irsi ilə bağlı araşdırmalar aparmış bir alimdir. Bu baxımdan onun elmi xidmətləri təqdirəlayiqdir.

Hörmətli Tahirli mühacirət irsi ilə bağlı araşdırmalarını bu dəfə "Abay Dağlının həyat və yaradıcılığı" adlı əsəri ilə davam etdirib. Kitab "Giriş, Abay Dağlının həyatı, imzaları və Dövlət Arxivindəki Fondu, Abay Dağlı irsinin tədqiqi tarixi və vəziyyəti, "Onlar Türklərdi" romanında repressiyanın, bolşevizmin və faşizmin bədii ittihamı, Mühacirət dramaturgiyası haqqında bir neçə söz, Füzulinin və Dədə Qorqudun bədii obrazları, "Əsir ruhlar" diyarında, Milli dəyərlər uğrunda mücadilə, Dram əsərlərində Atatürk obrazı və İstiqlal mücadiləsi, Müəllif haqqında, Sənətkarın elmi pasportu seriyasından çap olunmuş kitablar" başlıqları altında bölmələrə ayrılıb.

"Giriş" bölməsində dəyərli tədqiqatçı, hörmətli Abid Tahirli qeyd edir ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra "Azərbaycan mühacirət ədəbiyyatı" mövzusu alimlərin diqqətini cəlb edib və bu sahəyə maraq getdikcə artıb. Haqlıdır, çünki Azərbaycanın istiqlalında mühacir aydın və siyasətçilərin böyük payı vardır. Vətəndən məcburi mühacirət onları heç vaxt ümidsizliyə salmamış, getdikləri ölkələrdə - xüsusilə Türkiyədə - nəşr etdikləri kitablar və jurnallarla mübarizələrini davam etdirmiş, Azərbaycanın istiqlal ideallarını hər zaman canlı saxlamışlar. Bu səbəbdən sözügedən irs nəzərə alınmadan Azərbaycanın müstəqillik hərəkatı, bu hərəkatın tarixi, şəxsiyyətləri və ideoloji əsasları tam mənası ilə işıqlandırıla və anlaşıla bilməz. Nəticədə Azərbaycanın elmi müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarına əsasən, Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin hazırladığı "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyası çərçivəsində aşağıdakı əsərlər nəşr edilib: "Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr" (Bakı, "Elm", 2016, 386 səh.), "Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri" (Bakı, "Elm", 2017, 368 səh.), "Səlim Rəfiq Rəfioğlu. Füzuli" (Bakı, "Elm və Təhsil", 2019, 440 səh.), "Teymur Atəşli. Seçilmiş əsərləri" (Bakı, "Elm və Təhsil", 2020, 336 səh.), "Alazan Baycan. Seçilmiş əsərləri" (Bakı, "Elm və Təhsil", 2021, 204 səh.), "Süleyman Təkinərin seçilmiş əsərləri" (Bakı, "Elm və Təhsil", 2022, 280 səh.), "Mirzə Bala Məhəmmədzadə. Seçilmiş əsərləri" (Bakı, "Elm və Təhsil", 2023, 612 səh.) və digərləri. Bu əsərlər mövzu ilə maraqlanan tədqiqatçıların istifadəsinə təqdim olunub.

Elm, əlbəttə ki, yalnız fərdi səylərlə deyil, dövlətin təşviqləri ilə də inkişaf edir. Məsələn, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan mühacir aydınları ilə bağlı müvafiq sərəncamları bu mövzuda işləyəcək tədqiqatçılar üçün qiymətli bir təşviqdir. Tahirli də əsərinin "Giriş"ində buna xüsusi olaraq diqqət yetirir.

Kitab "Giriş"dən sonra "Abay Dağlının həyatı" başlığı ilə başlayır. Tədqiqatçı bu bölümdə Dağlının həyatını, doğum tarixindən etibarən diqqətlə izləyir. Onun təhsil həyatı və peşəkar fəaliyyəti haqqında məlumat verir. İkinci Dünya müharibəsində iştirak etdiyini də qeyd etdikdən sonra, Ankara və İstanbulda yaşadığını, lakin bundan sonra həyat hekayəsinin qaranlıqda qaldığını, 1989-cu ildə vəfat etdiyini, amma qəbrinin harada olduğunun tam məlum olmadığını bildirir.

Kitabın "İmzaları və Dövlət arxivindəki fondu" başlıqlı bölməsində, ədəbi həyatda Abay Dağlı kimi tanınan Cəmil Ağayevin təxəllüsləri və əsərləri haqqında ümumi məlumat verən müəllif, daha sonra unudulmuş və qaranlıqda qalmış bu şəxsiyyətlə bağlı aparılan ilk elmi işlərdən bəhs edir və nəhayət, arxivə təqdim olunan sənədlər sayəsində onun qaranlıqda qalan bəzi cəhətlərinin işıqlandırıldığını qeyd edir.

Əsərin "Abay Dağlı irsinin tədqiqi tarixi və vəziyyəti" bölməsində, Abay Dağlı haqqında aparılan ilk işlər barədə ümumi məlumat verən Tahirli, beləliklə, onunla bağlı toplu bir ədəbiyyat siyahısı təqdim edir. Daha sonra Abayın incəsənət və ədəbiyyat həyatı iki dövrdə araşdırıla biləcəyini bildirir. Buna görə də müəllifin birinci dövrü "Mühacirətə qədərki" dövrdür. Bu dövrdə Abayın mühacirətə qədər yazdığı ilk ədəbi cəhdləri, şeirləri və pyesləri yer alır. İkinci dövr isə "Mühacirət dövrü"dür. Müəllifin Türkiyədəki sənət və ədəbiyyat həyatı bu dövrdə fərqlilik göstərir.

Tahirli, tədqiqatının növbəti bölmələrində Abay Dağlının ədəbi əsərlərini araşdırır. Bu çərçivədə ilk olaraq nəzərdən keçirdiyi əsər müəllifin "Onlar Türklərdi" adlı romanıdır. Tədqiqatçı "Onlar Türklərdi" romanında repressiyanın, bolşevizmin və faşizmin bədii İttihamı" başlıqlı bölümdə 1951-ci ildə nəşr olunmuş həmin əsərin Türkiyə tədqiqatçılarının diqqətindən yayınmasını, Azərbaycanda isə yalnız 1993-cü ildə çap oluna bildiyini və bu nəşrdə Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə keçiddə müəyyən səhvlərin olduğunu qeyd edir. Doğrudur, "Onlar Türklərdi" əsəri Türkiyədəki tədqiqatçıların diqqətindən yayınmış və onun haqqında təəssüf ki, araşdırma aparılmamışdır. Həmçinin, əsərin Azərbaycan türkcəsinə çevrilməsi üçün həm Türkiyə türkcəsini, həm də Azərbaycan türkcəsini yaxşı bilən mütəxəssislərə ehtiyac vardır.

Tədqiqatçı bu bölümdə romanın "Rana" təxəllüsü ilə yazıldığından bəhs edir, bu təxəllüsün Abay Dağlıya aid olub-olmaması probleminə toxunur və nəticədə əsaslı sübutlarla onun Abaya məxsus olduğunu təsdiqləyir. Bu bölümdə kitabın xatirəmi, yoxsa roman olduğuna da münasibət bildirən Tahirli, əsərin xatirə deyil, bir "sənədli tarixi roman" olduğu qənaətinə gəlir. Türk xalqının Sovet rejimində qarşılaşdığı basqıları və faşizmin yaratdığı böyük çətinlikləri əhatə edən romanın birinci bölümündə türklərin Sibirdə sürgünə göndərilməsi və həbsxanalarda qarşılaşdıqları işgəncələr təsvir edilir, beləliklə, Abay, bolşevizmi və Sovet rejimini ifşa edir. "Qanlı cəbhələr" başlıqlı ikinci bölümündə isə cəbhəyə göndərilən türklərin mücadilələri təhlil olunur. Aydın görünür ki, romanda belə iki hadisə zənciri mövcuddur: birinci hadisə zəncirində Sibirdəki həbsxanalarda türklərə qarşı edilən zülmlərin, ikinci hadisə zəncirində isə cəbhədəki mübarizənin hekayəsi əks olunub. Tahirli, bu bölümdə romanda əsas mövzunun Sovet-Stalin dövründə türklərə qarşı tətbiq olunan basqılar olduğunu, müəllifin bu baxımdan kommunist rejimini sərt tənqid etdiyini, lakin bəzən almanlara simpatiya ilə yanaşdığını müəyyənləşdirib və bu mövqenin səhv olduğunu ifadə edib.

Tədqiqatçı bu bölümdə "Onlar Türklərdi" romanını, ehtiva etdiyi siyasi fikirlər baxımından ətraflı şəkildə araşdırıb, beləliklə, həmin dövrdəki mühacir aydınların Sovet rejiminə necə baxdığını da müəyyən edib. Tahirliyə görə, bu cür romanlar dövrün siyasi və sosial vəziyyətini, azərbaycanlı istiqlal mücahidlərinin yaşadıqları çətin həyat, duyğu və düşüncələrini əks etdirən bir növ güzgü rolunu oynayır. Əsər estetik baxımdan zəif ola bilər, lakin tarixi və ideoloji baxımdan bir dövrü, həmin dövrün aydınlarının ruh halını əks etdirməsi baxımından önəmlidir. Hörmətli Tahirlinin təhlilləri məhz bu səbəbdən əhəmiyyət kəsb edir.

Kitabın "Mühacirət dramaturgiyası haqqında bir neçə söz" başlıqlı bölməsində tədqiqatçı bu dəfə "mühacirət teatrı" və Abayın teatr əsərlərinə diqqət yetirir. Bu çərçivədə əvvəlcə "Füzuli" pyesini araşdırır, böyük şair haqqında yazılmış əsərlərdən, elmi və ədəbi fəaliyyətlərdən bəhs edir, daha sonra isə ardıcıl olaraq "Dədə Qorqud", "Əsir ruhlar" və "Okullular" adlı pyeslərini təhlil edir. Bu çərçivədə Abay "Əsir ruhlar" adlı əsərində Sovet rejiminin basqılarını, "Okullular"da isə Qərbə heyran olan, öz tarixindən,  mədəniyyətindən uzaqlaşan gəncləri və tələbələri əks etdirir. Abayın xüsusilə "Okullular" əsəri idealist, müdrik bir müəllimin köklərindən uzaqlaşan şagirdlərinə etdiyi bir xəbərdarlıq kimi də dəyərlidir.

Tahirlinin yazdığına görə, Abay Dağlı "Sakarya", "Atatürk cephelerde ve Çankayada", "Sakarya çətəsi" (1969), "Bir Mayıs gecəsi" (1960), "Sakarya" (1965), "Atatürk" (1966), "Atamızın gəncliyi" (1967), "Malazgirdən Sakaryaya" (1971), "Sakaryada 22-ci gün" (1971), "Ata anıları" (1974), "Albay" (1975) kimi Atatürkü, Qurtuluş müharibəsini və Kipr hərəkatını mövzu edən pyeslər yazıb. Tədqiqatçı kitabında bu əsərləri ümumilikdə ideya quruluşu və obraz tərkibi baxımından təhlil edir. Əsərlərin çoxunda aşıq obrazına diqqət çəkir ki, bunun da, Abay Dağlının Azərbaycan aşıqlıq ənənəsindən miras qalmış bir üslub olaraq pyeslərində əks etdirdiyini vurğulayır.

Əlbəttə, burada cavab axtarılmalı əsas suallardan biri belədir: "Abay Dağlı pyeslərində niyə bu qədər Atatürk və Qurtuluş müharibəsini mövzu etmişdir?" Mənim fikrimcə, azərbaycanlı mühacir aydınlar istiqlal arzusunu bu əsərlər vasitəsilə ifadə edirdilər. Bunları türk xalqının imperialist dünyaya qarşı çıxmaq hissinin bir azərbaycanlı aydının dili ilə ifadəsi kimi oxumaq lazımdır. Beləliklə, Abay bu pyeslərində dolayı yolla Azərbaycanın qurtuluş arzusunu da çatdırır və türk tələbələri üçün yazdığı bu əsərlərin onlarda milli bir oyanış yaratmasını istəyirdi.

Nəticə olaraq, hörmətli Abid Tahirli bu kitabında ömrünün böyük bir hissəsini qürbətdə keçirmiş azərbaycanlı mühacir aydının həyatını və əsərlərini gün işığına çıxarır. Bunu, qürbətdə unudulmuş, həyatının və ədəbi irsinin böyük bir hissəsi qaranlıqda qalmış azərbaycanlı bir aydınla bağlı ilk əhatəli, dolğun tədqiqatı kimi qəbul etmək lazımdır. Elmdə sanballı işlər həmişə çətinliklə ərsəyə gəlir və müəyyən çatışmazlıqlar da ola bilər. Çünki mənbələr hələ azdır, sənədlərə və kolleksiyalara çatmaq problemdir. Xüsusilə Abay kimi ömrünün yarısını qürbətdə keçirmiş və bəzi ciddi səbəblərə - sovet rejiminin təqib, təhdidlərinə görə hətta adını dəyişmək məcburiyyətində qalmış şəxsiyyətlərin həyatı və əsərləri barədə araşdırma aparmaq daha çətindir. Bu baxımdan, Abid Tahirli çətin bir işə girişmişdir. Əvvəla, buna görə onu təbrik etmək lazımdır.

Dediyim çətinliklər səbəbindən kitabda çatışmazlıqlar yoxdurmu? Vardır! Məsələn, Abid Tahirlinin də qeyd etdiyi kimi, Abay Dağlının Türkiyədəki həyatı, müəllimlik illəri, ailəsi və məzarı haqqında hələ kifayət qədər məlumatımız yoxdur. Bunlar yalnız Tahirlidən sonra gələcək tədqiqatlarda işıqlandırılacaq.

Beləliklə, dəyərli alim araşdırmaları növbəti tədqiqatçılar üçün yol açır. Bundan sonra görüləsi iş Tahirlinin də fəal iştirakı ilə  açılan yolla Azərbaycan mühacirət ədəbiyyatı irsini; həmin aydınların nəşr etdiyi jurnalları, müxtəlif qəzet və jurnallarda dərc olunmuş yazılarını, çap olunmuş kitablarını üzə çıxarmaq, onların üzərində araşdırmalar aparmaq və beləliklə, "mühacirət irsi"ni ortaya qoymaqdır. Çünki bu irs həm Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və siyasətini, həm də Türkiyə ilə olan sarsılmaz bağlılıqlarını kəşf etmək və görmək baxımından böyük əhəmiyyət kəsb edir. Burada görüləsi iş azərbaycanlı alimlərin Türkiyədəki həmkarları ilə bu sahədə "birgə layihələr" həyata keçirərək tarixdə qaranlıqda qalmış həmin dövrü və irsi ortaya çıxarmaq, toplamaq, tədqiq, təbliğ  etməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:24
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Dekabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri