DƏMX işəgötürənlərə müraciət edib: Havanın temperaturu 41 dərəcədən çox olduqda zəruri tədbirlər görülməlidir
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 31 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edərək bildirir ki, havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görmək işəgötürənlərin əsas vəzifələrindən biridir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, həmin hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.
İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, fasilələrin sayı, müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.
Həmin fasilələr iş vaxtına daxil edilməli və fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlldir.
İş dayandırıldıqda boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.
Əmək şəraiti şərtləri imkan verdiyi hallarda günün isti vaxtında iş dayandırılaraq (uzun fasilə verilərək) iş günü hissələrə bölünməklə iş rejimi tənzimlənə bilər.
Baxış sayı:80
Bu xəbər 31 İyul 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















