Dəniz Baykalın porno videosunu yaymış sabiq polis rəisi tutuldu
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Dəniz Baykalın porno videosunu yaymış sabiq polis rəisi tutuldu.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya keçmiş CHP sədri Deniz Baykala və bəzi siyasətçilərə və millət vəkillərinə aid olduğu iddia edilən ədəbsiz görüntülərin qeydə alınması və yayımlanması ilə bağlı aparılan araşdırmalarda adı hallanan və işdən çıxarılan sabiq polis rəisi Ü.Y.-nin Ankaradakı evində gizləndiyi gizli saxlanc yerində yaxalandığını açıqlayıb.
AzPost DHA-ya istinadla xəbər verir ki, açıqlamaya görə, Ankara Polis İdarəsi Terrorla Mübarizə və Kəşfiyyat Şöbə Müdirliyi qruplarının birgə apardığı əməliyyat nəticəsində 2008-2014-cü illər arasında Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat Şöbəsində çalışmış və 2016-cı ildə polis rəisi olarkən işdən çıxarılan Ü.Y.-nin gizlədildiyi ev müəyyən edilib. Əməliyyat zamanı Ü.Y evdə yataq otağında gizləndiyi gizli saxlanc yerində tutularaq nəzarətə götürülüb.
Qeyd edək ki, keçmiş CHP sədri Deniz Baykala və bəzi siyasətçilərə və millət vəkillərinə aid olduğu iddia edilən ədəbsiz görüntüləri internetdə yayımlamaq, onların səs və görüntülərini yazmaq, telefonlarının qeyri-qanuni dinləmələri ilə bağlı aparılan araşdırmalarda adı hallanan Ü.Y. “rəsmi sənədləri saxtalaşdırmaq” cinayətindən axtarışda olub. Ü.Y. Onun barəsində “FETÖ-nün ByLock kripto rabitə proqramının istifadəçisi” və “FETÖ üzvü olmaq” cinayətlərinə görə 3 ayrı axtarış elanının olduğu da bildirilib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 10 Mart 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















