Dəniz bu şəhəri udmağa başladı: Atafona yox olmaq riski ilə üz üzədir
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Brazilyanın Rio de Janero bölgəsində, Atafona qəsəbəsində dəniz səviyyəsinin qalxması və sahil eroziyası artıq kritik həddə çatıb. Sakinlər onilliklərdir davam edən bu "yavaş fəlakət"in şahidi olurlar.
Milli.Az xəbər verir ki, sahil eroziyası bu bölgədə hər il təxminən 1,85 metr quruya doğru irəliləyir. Bu, o deməkdir ki, cəmi bir neçə il əvvəl sahildən uzaqda olan evlər bu gün artıq dalğaların hədəfindədir.
Hündürlüyü 3 metri aşan dalğalar sahil xəttindəki tikililərə ciddi təzyiq göstərir. Keçmiş illərdə yüzlərlə evin okean suları tərəfindən udulduğu və bir çox insanın hər şeyini itirərək bölgəni tərk etdiyi bildirilir. Atafona bu gün "okean altındakı xarabalıqlar"ı ilə dəniz səviyyəsinin qalxmasının dünyadakı ən real nümunələrindən birinə çevrilib.
Vəziyyətin ciddiliyini nəzərə alan rəsmi qurumlar artıq hərəkətə keçib. Təhlükəli zonalarda lazımi təhlükəsizlik tədbirləri görməyənlərə qarşı sanksiyaların tətbiq olunacağı elan edilib. Hazırda bölgədəki tikinti normaları və sahil istifadəsi qaydaları tamamilə yenidən nəzərdən keçirilir.
Ekspertlər xəbərdarlıq edirlər ki, Atafona sadəcə bir nümunədir. İqlim dəyişikliyi səbəbindən dəniz səviyyəsinin qalxması yaxın gələcəkdə dünyanın bir çox sahil şəhərlərini bənzər aqibətlə üzləşdirə bilər. Atafona üçün isə zaman daralır; dəniz hər il bir az daha irəliləyərək şəhəri öz ağuşuna alır.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 30 Aprel 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















