Icma.az
close
up
RU
Dənizçilərə yol göstərən möhtəşəm təbiət hadisəsi: Catatumbo şimşəkləri

Dənizçilərə yol göstərən möhtəşəm təbiət hadisəsi: Catatumbo şimşəkləri

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Venesueladakı Marakaibo gölü dünyanın ən maraqlı təbiət hadisələrindən birinə ev sahibliyi edir: Catatumbo şimşəkləri. Xüsusilə Catatumbo çayının gölə töküldüyü ərazidə, ildə orta hesabla 260 gecə boyunca dayanmadan şimşək çaxır və səmaya işıq saçır. 

Qaynarinfo xəbər verir ki, bu davamlı şimşəklər XVI əsrdə dənizçilər tərəfindən "Catatumbo mayakı" adlandırılıb, çünki ən qaranlıq gecələrdə belə onlara naviqasiya imkanı verib.

Bu fenomen o qədər müntəzəmdir ki, 1597-ci ildə ispan şair Lope de Veqa şimşəklərin ser Frensis Dreyk donanmasını ifşa etdiyini yazmışdı. Yüz illər boyunca demək olar ki, fasiləsiz davam edən bu təbiət hadisəsi 2010-cu ildə gözlənilmədən dayanıb, bu isə həm yerli əhali, həm də alimlər üçün böyük sürpriz olub.

Catatumbo şimşəkləri necə bu qədər davamlı ola bilir?

Bu fenomen bölgənin unikal coğrafiyası, iqlimi və atmosfer şəraiti sayəsində mümkün olur. Marakaibo gölü hövzəsi, isti və rütubətli havanın And dağları ilə toqquşduğu bir ərazidə yerləşir. Bu qarşılaşma intensiv buludlaşmaya və dayanmayan elektrik boşalmalarına səbəb olur. Bu unikal şərait Catatumbo şimşəklərini dünyanın ən elektrik yüklü bölgələrindən birinə çevirir.

Marakaibo gölü Cənubi Amerikanın ən böyük göllərindən biridir və And, Perixa və Merida dağ silsilələri ilə əhatələnib. Bu dağlar bir növ "fırtına tələsi" rolunu oynayaraq daimi fırtına şəraiti yaradır.

Bununla yanaşı, Marakaibo gölü nəhəng istilik anbarı kimi davranır. Gün ərzində Günəş enerjisini toplayan göl, gecə saatlarında bu istiliyi atmosferə buraxır. İsti və rütubətli hava yüksəlir, ətrafdakı dağlardan gələn sərin hava ilə toqquşur və nəticədə hündür fırtına buludları yaranır.

Bu proses hər gecə təkrarlanan dövrə çevrilir. İsti və soyuq hava kütlələrinin davamlı qarşılaşması isə güclü şimşəklərin dayanmadan çaxmasına səbəb olur.

Catatumbo şimşəklərini unikal edən nədir?

Bu fırtınanı digər atmosfer hadisələrindən fərqləndirən bir neçə əsas faktor var:

Güclü hava axınları - İsti hava Marakaibo gölü üzərində sürətlə yüksəlir. Bu, buludların sürətlə formalaşmasına və elektrik yüklərinin toplanmasına şərait yaradır.

Daimi rütubət mənbəyi - Göl, fırtınanı qidalandıran böyük rütubət anbarıdır. Əksər fırtınalar rütubət tükəndikdə sona çatsa da, Catatumbo şimşəkləri gölün verdiyi rütubət sayəsində fasiləsiz davam edir.

Dağların təsiri - Ətrafdakı dağlar təhlükəsiz bir fırtına zonası yaradır və şimşəklərin eyni bölgədə toplanmasına səbəb olur.

Bu faktorlar bir araya gəldikdə, Catatumbo bölgəsi daimi olaraq elektrik boşalmalarının baş verdiyi bir məkana çevrilir.

2010-cu ildə Catatumbo şimşəkləri niyə dayandı?

2010-cu ildə Catatumbo şimşəkləri təxminən 160 gün ərzində yox olub. Bu müddət ərzində nə şimşək çaxıb, nə də göy gurultusu eşidilib. 

Alimlərin fikrincə, bunun ən əsas səbəbi El Nino fenomeni ilə bağlı olub.

El Nino - Sakit okeanda yaranan və qlobal iqlimə güclü təsir edən atmosfer hadisəsidir. Bir neçə ildən bir baş verən El Nino, tropiklərdəki rütubətli hava axınlarını zəiflədərək quraqlıq yaradır.

2010-cu ildə El Nino səbəbindən Venesuelada ciddi quraqlıq baş verib. Marakaibo gölünə tökülən Catatumbo çayının suyu azalıb və bölgənin rütubəti kəskin şəkildə düşüb. Şimşəklərin yaranması üçün tələb olunan isti-soyuq hava qarşılaşması baş verməyib və beləliklə, yüz illərdir davam edən fenomen müvəqqəti olaraq sona çatıb.

Eyni il aprel ayında El Nino təsiri zəifləyib. Yağıntılar geri dönüb, gölün su səviyyəsi normala qayıtdı və atmosfer yenidən rütubətlə dolub. Bu dəyişiklik hava axınlarını və fırtına dövranını yenidən aktivləşdirib. Beləliklə, bir neçə aylıq fasilədən sonra Catatumbo şimşəkləri əvvəlki vəziyyətinə qayıdıb.

Catatumbo şimşəkləri - Dayanmaz fırtına

Bu hadisə göstərib ki, hətta ən davamlı təbiət hadisələri belə müəyyən şərtlər altında dayana bilər. Catatumbo şimşəklərinin dayanmasına səbəb olan yeganə faktor onun əsas enerji mənbəyi - rütubətin azalması olub.

Bununla belə, şərait yenidən uyğunlaşan kimi, fırtına da heç bir şey olmamış kimi geri dönüb. Bu fenomen, təbiətin nə qədər mürəkkəb və eyni zamanda nə qədər sabit bir balans üzərində qurulduğunu bir daha sübut edir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 23:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri