Icma.az
close
up
RU
Dənizçilik standartlarının təkmilləşdirilməsi üzrə yeni təşəbbüslər irəli sürülüb

Dənizçilik standartlarının təkmilləşdirilməsi üzrə yeni təşəbbüslər irəli sürülüb

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatının İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitəsinin on birinci sessiyasında müzakirə edilən “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya (əlavələrlə) üzrə mövcud boşluqların aradan qaldırılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə "APA-Economics"ə Rəqəmsa İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

Beynəlxalq səviyyədə irəli sürülən bu təşəbbüslər çərçivəsində 3 boşluğun aradan qaldırılması məqsədilə DHDNÇ Məcəlləsinə dəyişikliklər olunmasına dair layihə təklifləri hazırlanıb. DDLA-nın təqdim etdiyi həmin təkliflər aşağıdakı istiqamətlər üzrədir:

385-ci boşluq – gəmilərdə təlim keçən müdavimlərlə (kursantlar) bağlı tələblərə dəyişiklik edilməsi; 56-cı boşluq – “İxtisaslı şəxs” anlayışına dair ixtisas meyarlarına dəyişiklik edilməsi; 165-ci boşluq – III/1 qaydanın tələbləri çərçivəsində təsdiq edilmiş dəniz xidmətinin müəyyən hallarda simulyator hazırlığı kimi alternativ tədbirlərlə əvəzlənməsinə imkan verən yeni bəndlərin əlavə olunması ilə bağlı dəyişikliklərin edilməsi.

Layihələr Beynəlxalq Dəniz Təşkilatı tərəfindən qəbul olunaraq İnsan amili, təlim və növbə çəkmə üzrə Alt Komitənin 2026-cı ildə növbəti sessiyası çərçivəsində müzakirəyə çıxarılacaq rəsmi təkliflər siyahısına daxil edilib və “IMODOCS” rəsmi səhifəsində yerləşdirilib.

Sözügedən təşəbbüs Azərbaycanın dəniz nəqliyyatı sahəsində beynəlxalq proseslərdə fəal iştirakını, eləcə də ölkənin bu sahədə normativ və institusional potensialının artdığını bir daha nümayiş etdirir.

DDLA gələcəkdə də beynəlxalq gəmiçilik standartlarının təkmilləşdirilməsi, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsi və onların təhlükəsizliklərinin təmin olunması istiqamətində yeni təşəbbüslərlə çıxış edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:25
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Dekabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see247

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see175

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see147

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see140

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see137

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see136

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see130

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri