Sentyabrda Gürcüstan Beynəlxalq Dənizçilik Forumu keçiriləcək
Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstan Beynəlxalq Dənizçilik Forumu ("GIMF 2026") sentyabrın 7-8-də Batumidə keçiriləcək.
XQ xəbər verir ki, bu barədə ölkənin Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilib ki, forum Gürcüstan Baş nazirinin himayəsi, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dəstəyi və Dəniz Nəqliyyatı Agentliyinin təşkilatçılığı ilə baş tutacaq.
Tədbirdə dünyanın 40 ölkəsindən 400-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Forumda müxtəlif ölkələrin nazirləri və digər yüksəkvəzifəli şəxsləri, dəniz administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların baş katibləri, beynəlxalq maliyyə institutlarının, özəl sektorun və akademik dairələrin nümayəndələri iştirak edəcəklər.
Agentlikdən qeyd edilib ki, "GIMF 2026" Gürcüstanın dəniz ölkəsi kimi mövqeyinin möhkəmləndirilməsi, "Orta Dəhliz"in inkişaf potensialının nümayiş etdirilməsi və regional nəqliyyat əlaqələrinin qlobal səviyyədə gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Forum çərçivəsində Orta Dəhlizin inkişaf perspektivləri, regional nəqliyyat və logistika əlaqələri, innovasiyalar, dayanıqlı dəniz nəqliyyatı, dövlət-özəl sektor tərəfdaşlığının gücləndirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Gürcüstan Beynəlxalq Dənizçilik Forumu 2016-cı ildən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 25 Avqust 2026 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















