Icma.az
close
up
RU
Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır ÖZƏL

Dənizdə batanlar qohumdurlar, biri evli, üçü subaydır ÖZƏL

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dünən Xəzər dənizinin Mərdəkan qəsəbəsinə yaxın nəzarətsiz ərazisində batan 4 nəfər gənclə bağlı bəzi  təfərrüatlar məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, dənizdə batan dörd gəncin hamısı bir-birilə yaxın qohumdur, ata tərəfdən bir-birlərinin əmi nəvələridir.

Onlar Lerik rayonunun Orand kənd sakinləridirlər. Batanlardan 3-nün meyiti tapılıb, 1-nin axtarışları isə davam edir.
Lerik Rayon İcra Hakimiyyətinin Orand kəndi üzrə nümayəndəsinin müavini Vasif Manafov saytımıza bildirib ki, meyitləri tapılan 2005-ci il təvəllüdlü Elnur Əbdülov və 2007-ci il təvəllüdlü Elmar Əbdülov doğma qardaşdırlar.
1991-ci il təvəllüdlü Namiq Əzimov isə hazırda meyiti axtarılan 2003-cü il təvəllüdlü Pərviz Məcidovun dayısıdır.

Meyiti tapılan 3 nəfər bu gün torpağa tapşırılıblar. Namiq Əzimov Bakıda - Mərdəkan qəsəbəsində dəfn edilib.
Elnur və Elmar Əbdülov qardaşlarının cənazələri isə Lerik rayonunun Orand kəndinə aparılaraq orada dəfn olunub.

Dörd nəfərdən yalnız Namiq Əzimov ailəlidir. O, Bakıda daimi yaşayırmış. İki dəfə ailə həyatı quran Namiqin iki oğlan övladı yadigar qalıb. İlk evliliyindən olan oğlu 10-cu sinifdə oxuyur, ikinci evliliyindən olan övladı isə hələ balacadır.

Dünyasını dəyişən digər 3 gənc isə subay olub. Pərviz Məcidovun kənddə evi olsa da, Bakıda kirayədə yaşayırmış. Lerikdə yaşayan Elnur və Elmar qardaşları isə paytaxta işləmək üçün gəliblər və fəhləlik edirmişlər. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq xilasetmə qüvvələri tərəfindən Pərviz Məcidovun nəşinin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri hazırda da davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see241

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri