Icma.az
close
up
RU
Dənizdə ölümlərlə bağlı qorxunc iddiaya RƏSMİ CAVAB

Dənizdə ölümlərlə bağlı qorxunc iddiaya RƏSMİ CAVAB

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son vaxtlar dənizdə baş verən faciələr, xüsusilə də boğulma halları ictimaiyyətdə narahatlığa səbəb olub.

Sosial şəbəkələrdə, xüsusən “TikTok” platformasında yayılan iddialara görə, bu kimi hadisələrin artmasına səbəb kimi zəlzələlərin çoxalması və bunun nəticəsində dənizdə yaranan yarğanlar göstərilir.

Bildirilir ki, sahil ərazilərində dərinlik fərqlərinin artması təhlükəli şərait yaradır.

Maraqlıdır, bu fikirlər nə dərəcədə əsaslıdır? Dənizdə baş verən zəlzələlərin yaranan dərinliyə və yarğanların açılmasına nə kimi təsiri var?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında seysmoloq Tahir Məmmədli bildirib ki, bu hadisələrin zəlzələ ilə heç bir əlaqəsi yoxdur:

“Bu tamamilə yanlış fikirdir. Xəzər dənizində zəlzələlər kifayət qədər böyük dərinlikdə baş verir. Əsasən 30-35, hətta 60-70 kilometrə qədər dərinlikdə qeydə alınır.

Nisbətən güclü zəlzələlər 30-35 kilometr dərinlikdə baş verir. Zəif zəlzələlər isə 5 kilometrdən başlayaraq 60-70 kilometrə qədər dərinliyə gedib çıxır. Bu zəlzələlərin yer səthində hər hansı ciddi dəyişiklik yaratmaq imkanları yoxdur.

Bildirim ki, Xəzər dənizində baş verən zəlzələlər ümumiyyətlə hiss olunmur, yəni o dərəcədə zəifdir. Bu zəlzələlər dənizin dibində və torpaq qatında dəyişiklik yaratmaq gücünə malik deyil. 

Sosial şəbəkələrdə yayılan fikirlər tamamilə yanlışdır, onların zəlzələ ilə heç bir əlaqəsi yoxdur.Əgər haradasa dərinlik varsa, bu əvvəldən mövcud olub. Dərinliyin niyə əmələ gəldiyini isə dəqiq deyə bilmərəm”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyul 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri