Icma.az
close
up
RU
Depressiya: Qadınlar kişilərdən daha çox əziyyət çəkir KONKRET

Depressiya: Qadınlar kişilərdən daha çox əziyyət çəkir KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Depressiya dünyada ən çox rast gəlinən psixi xəstəliklərdən biridir və bütün xəstəliklər arasında yayılma mexanizminə görə ikinci yerdə durur”.

KONKRET.az manset.az-a istinadən xəbər verir ki, bu fikirləri Psixiatriya kafedrasının professoru Zəfər Əliyev açıqlamasında bildirib. O qeyd edib ki, bu mənzərə xüsusilə COVID-19 pandemiyası zamanı daha aydın müşahidə olunurdu.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyanın yetkin əhalisinin təxminən 6 faizinin depressiyadan əziyyət çəkdiyini qeyd edən professor bu göstəricinin qadınlar arasında kişilərlə müqayisədə daha yüksək olduğunu vurğulayıb. Mütəxəssis depressiyanın yüngül, orta və ağır formalarının olduğunu qeyd edərək, onun somatizə olunmuş və ya maskalanmış, “depressiyasız depressiya” adlanan formasına da xüsusi diqqət ayırıb.

Xatırladıb ki, depressiyanın səbəbləri fərqlidir: “İlk növbədə, depressiya irsi xarakter daşıyır. Depressiyanın inkişafında şəxsin öz duyğularını anlama və ifadə etmə çətinlikləri, eləcə də psixiatrik yardımdan çəkinməsi əsas amillərdən hesab olunur. Psixiatriyaya qarşı qorxu və antidepressantların istifadəsinə dair tərəddüdlər simptomların dərinləşməsinə və xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Bundan əlavə, depressiya başqa psixi pozuntular kimi məsələn, panik pozuntu, yuxusuzluq və ya asılılıqlar (alkoqolizm, narkomaniya, toksikomaniya) fonunda da özünü göstərə bilər”.

Onun fikrincə, əvvəlcə bədənin orqan patologiyasını istisna etmək lazımdır. Bu səbəbdən, praktikada müəyyən orqan və ya orqan sistemini müalicə edən mütəxəssislər tərəfindən müayinə olunmuş xəstələri müşahidə etmək mümkündür: “Bu, ürək-damar və ya tənəffüs sistemləri, mədə-bağırsaq traktı və başqa sistemlər, dərinin səthində ağrı ola bilər. Təbii ki, bacarıqlı mütəxəssis öz sahəsində müalicə üçün somatik səbəblər aşkar olunmadıqda və ya müalicəyə cavab almadıqda, xəstəni psixiatra yönləndirir. Buna görə də effektiv müdaxilə üçün vaxtında psixiatrla məsləhətləşmək və pozuntunun xronikləşmə riskini azaltmaq vacibdir”.

Antidepressantların müalicədə istifadə olunduğunu bildirən professor Z. Əliyev hazırda effektiv müalicə rejimi seçməyə imkan verən geniş çeşiddə dərmanların mövcudluğunu vurğulayıb. Qeyd edib ki, belə hallarda psixoterapiya nəzərdən qaçırılmamalı və müalicə yalnız psixiatrlar tərəfindən aparılmalıdır.

Yekunda mütəxəssisin tövsiyəsi olaraq bildirildi ki, depressiyanın vaxtında diaqnostikası və uyğun müalicəsi xəstəliyi yüngülləşdirir, uzunmüddətli təsirlərini minimuma endirir. Hər kəs öz psixi sağlamlığına diqqət yetirməli və əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2026 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri