Icma.az
close
up
RU
Deputat: 20 Yanvar istiqlal mübarizəmizin xidmətlərindən idi

Deputat: 20 Yanvar istiqlal mübarizəmizin xidmətlərindən idi

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Hər bir xalq tarixdə öz qəhrəmanları və qəhrəmanlığı ilə yaşayır".

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib. 

O bildirib ki, 35 illik tarixin ayırdığı 20 yanvar gecəsi yaşananlar bir faciə olmaqla bərabər, Azərbaycanımıza, tariximizə və xalqımıza yeni bir qəhrəmanlıq səhifəsi qazandırdı:

"Azərbaycan xalqı totalitar rejimin tərkibində ikən hər tərəfdən basqılarla əhatələnsə də, öz kimliyini sübut etmək, tarixi hüququnu əldə etmək üçün mübarizəyə qalxaraq qəhrəmanlıq dastanını yazdı və XX əsrə bir daha öz qəhrəmanlıq möhürünü vurdu. 

Bu gün biz o zaman baş verən hadisələri ancaq bu şəkildə qiymətləndirməliyik. Əlbəttə ki, 1990-cı ilin o qanlı yanvar gecəsində Azərbaycanda yaşananları, o dəhşətli səhnələri gözü ilə görənlər Azərbaycanın ən yeni tarixinin canlı şahidləridir. Həmin tarixdən sonra dünyaya gələn övladlarımız o günün həqiqətlərini tarix kitablarından oxuyurlar".

Lakin millət vəkili vurğulayıb ki, bizlər və bizdən böyük nəsil 20 yanvarda və həmin günə aparan həqiqətləri çox yaxşı dərk edirik:

"Bir daha o günlərə nəzər salanda anlayırıq ki, əslində bu hadisələr qaçılmaz idi. Çünki xalq öz sözünü deməli idi. Xalq öz müstəqilliyi uğrunda mütləq ayağa qalxmalı idi. Bunun üçün artıq tarixi şərait yetişmişdi. 

Azərbaycanda başlayan milli azadlıq hərəkatı həqiqətən sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayıb. 20 Yanvar hadisəsi sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, çıxışların kəskinliyinə baxmayaraq, Baltikyanı ölkələrdə, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı həyata keçirdiyi amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi".

O qeyd edib ki, bu addım imperiyanın süqutunda bir təkan rolunu oynadı:

"Amma sovet dövlətinin dağılması daha mürəkkəb proses idi. Bu, əslində, 1980-ci illərin ortalarından başlamışdı. Artıq sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərirdi ki, Moskvanın özü də müəyyən səviyyədə SSRİ-dən imtina etməyə hazırlaşır. Bu, yalnız Moskvanın daxili siyasətində yox, xaricə yönəlik siyasətində də özünü göstərirdi. Çünki dünyada elə proseslər gedirdi ki, Moskva sovet dövlətinin dağılacağını başa düşürdü. 

Buna görə də prosesi mümkün qədər uzatmaq istəyirdilər. 20 Yanvar Azərbaycanın müstəqillik  yolunda addımlarının və imkanlarının daha aydın təzahürü oldu. 20 Yanvar faciəsi xalqımızın milli-azadlıq duyğularının güclü olduğunu, o zaman Azərbaycana rəhbərlik edənlərin isə zəifliyini göstərdi".

Deputat diqqətə çatdırıb ki, bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi: 

"20 Yanvar hadisələri onu da sübut etdi ki, Azərbaycan xalqı Dağlıq Qarabağın ondan qoparılıb başqasına verilməsinə razı deyil. Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisələri istiqlal mübarizəmizin zirvələrindən biridir. Qanlı Yanvar hadisələrində ayağa qalxan xalqımızın yeganə tələbi Dağlıq Qarabağın əlimizdən getməməsi idi. 

Onu da qeyd edim ki, çar Rusiyasının siyasətini bu dəfə sovet imperiyası davam etdirirdi. Yenə də ayrıseçkilik aparılır və ermənilər müdafiə olunurdu. Dağlıq Qarabağ uğrunda hərəkat milli - azadlıq mübarizəsinə çevrildi. Xalq başa düşdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır". 

Jalə Əliyeva onh da əlavə edib ki, xalq o günlərdə böyük bir həqiqəti - meydanda həqiqi liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi:

"O müdhiş günlərdə qüdrətli liderin - Heydər Əliyevin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. 

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada! Qara Yanvarın şahidi olan hər bir kəs bu qanlı faciənin baş verdiyi ilk dəqiqələrdən hadisə barədə həqiqətləri bütün çılpaqlığı ilə dünyaya cəsarətlə çatdırmağı bacaran Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini xatırlamaya bilməz. 

Bunu unutmaq mümkün deyil. 20 Yanvar hadisələrinə istər hüquqi, istər siyasi, istərsə də ictimai, mənəvi qiymət məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildi. O zamanın Azərbaycan rəhbərliyi “şirin yuxu”da ikən”, Ulu Öndər səhər tezdən canı, qanı bahasına imperiyanın həyata keçirdiyi əməliyyata, qeyri - insani fəaliyyətə öz etirazını bildirdi. Yaxşı bilirik ki, o dövrdə bu necə çətin bir addım idi". 

O, 1990-1993-cü illərdə sanki bu hadisələr olmamış kimi bir boşluq yaşadığımızı söyləyib:

"Müxtəlif günahkarlar axtarmağa çalışdıq. Amma 1993-cü ildə Ulu Öndər xalqın istəyi və tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanımız üçün gördüyü ilk işlərdən biri həmin hadisələrə bir daha hüquqi-siyasi qiymət verilməsi oldu. O zaman SSRİ rəhbərliyini qaniçənlikdə, XI Qızıl Ordunu öz xalqına silah tuşlamaqda günahlandıran ilk qərarı da əlbəttə ki, Ulu Öndər Heydər Əliyev verdi. Belə ki, Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 

1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev bu barədə deyirdi: 

“...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. 

“20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli Fərmanında deyilirdi:

“Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Ulu Öndərin siyasi, hüquqi, fiziki və mənəvi davamçısı olan, ata vəsiyyətinə əməl edən,  30 illik haqsızlığa, işğala öz dəmir iradəsiylə birdəfəlik son qoyan, bizi arzularımıza - Qarabağımıza qovuşduran Xilaskar  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz ölkə və xalq olaraq böyük Zəfər qazandıq! Lakin başladığımız şərəfli mübarizə bu gün davam etdirilməkdə, Azərbaycan həqiqətləri davamlı şəkildə dünyaya çatdırılmaqdadır. Həqiqətlərimizin dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun apardığı çoxşaxəli siyasəti də xüsusi olaraq qeyd etmək lazımdır. 

Azərbaycan xalqının son onillikləri əhatə edən ən yeni tarixində keçdiyi yola, bu yolda öz azadlığı, müstəqilliyi, suverenliyi, bütövlüyü uğrunda apardığı mübarizəyə nəzər saldıqca bir daha əmin oluruq ki, xalqımız müdrikdir və düzgün qərarlar verməyə qadirdir!  Xalq hər zaman öz Dövlətinin, öz Prezidentinin yanındadır! Tanrı Xalqımızı, Ölkəmizi, Ordumuzu, Prezidentimizi qorusun! Şəhidlərimizin müqəddəs ruhu qarşısında bir daha dərin ehtiramla baş əyir, Allahdan rəhmət diləyirik!"

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri