Icma.az
close
up
RU
“İstiqlal tariximizin 20 yanvar səhifəsi”

“İstiqlal tariximizin 20 yanvar səhifəsi”

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunan “İstiqlal tariximizin 20 yanvar səhifəsi” mövzusunda elmi sessiya keçirilib.

Əvvəlcə Vətənimizin istiqlalı yolunda canlarını fəda edən bütünşəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə muzeyin direktoru akademik Rafael Hüseynov açaraq 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verib. O, ölkəmizin rəsmi təqviminə Ümumxalq Hüzn Günü kimi daxil edilmiş 20 Yanvar gününün Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, həm də Azərbaycan xalqının şərəf günü olduğunu vurğulayıb. Qeyd edib ki, bu qanlı cinayət xalqımızın mübarizə əzmini qıra bilmədi. 20 Yanvar faciəsi həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına mühüm təsir etdi.

Daha sonra Rafael Hüseynov vurğulayıb ki, 1990-cı ilin 20 Yanvar hadisələri əslində istiqlalımızın, Azərbaycanın müstəqilliyinin bərpasına aparan yolun başlanğıcıdır. 

Direktor bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Bu addımı atmaqda məqsəd Azərbaycanın haqq səsinin, Azərbaycan gerçəklərinin dünyaya çatdırılmaması idi: “Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib dönməz xarakter aldı. Sovet rəhbərliyi xalqımızı qorxu ilə susdurmağa çalışsa da, səhəri gün şəhidlərimizin dəfninə milyonlarla insan qoşuldu. Azərbaycan xalqı yanvarın 22-də paytaxtın Azadlıq meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi”.

Akademik Rafael Hüseynov faciəyə ilk siyasi qiymətin görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən verildiyini nəzərə çatdırıb. Bildirib ki, dünyaşöhrətli siyasətçi Heydər Əliyev məqsədli şəkildə SSRİ-dəki bütün vəzifələrindən uzaqlaşdırılmasına və ciddi nəzarətdə saxlanılmasına rəğmən hadisədən bir gün sonra öz həyatını təhlükə altına qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, faciənin beynəlxalq hüquqa, humanizm prinsiplərinə zidd, siyasi rəhbərlərin xəyanəti üzündən yol verilmiş kobud siyasi səhv olduğunu açıq şəkildə bəyan edib.

Muzeyin direktoru vurğulayıb ki, artıq 4 ildən artıqdır 20 Yanvar ölkəmizdə bədbin ovqatda qeyd olunmur, çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan qurtarılması, Azərbaycanın adının tarixə qalib dövlət kimi yazılmasından sonra bütün şəhidlərimizin ruhları şaddır. 

Çıxışının sonunda akademik Rafael Hüseynov Qanlı Yanvar hadisələrindən 35 il keçməsinə baxmayaraq, xalqımızın faciə şəhidlərinin xatirəsini hər zaman əziz tutduğunu bildirib. Qeyd edib ki, şəhidlərimizin fədakarlığı sayəsində bu gün biz müstəqil və güclü bir dövlətə sahibik. Nə qədər zaman keçsə də, bu faciə heç zaman Azərbaycan xalqı tərəfindən unudulmayacaq.

Sonra muzeyin Komparativistika və bədii tərcümə şöbəsinin müdiri professor Şəfəq Əlibəyli 20 yanvar faciəsi günlərində keçirdiyi hiss və duyğularını bölüşdü.

Tədbirdə, həmçinin muzeyin Yeni və müasir Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva 20 Yanvar faciəsini yaddaşlarda yaşadan poeziya nümunələri bəhs etdi. 

Qabil YUSİFOĞLU

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Yanvar 2025 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri