Icma.az
close
up
RU
Deputat: ABŞ 907 ci düzəlişi tamamilə ləğv etməlidir

Deputat: ABŞ 907 ci düzəlişi tamamilə ləğv etməlidir

Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.

"ABŞ rəsmiləri Prezident İlham Əliyevin 907-ci düzəlişlə bağlı çağırışları istiqamətində addımlar atmalıdırlar”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında deyib ki, 907-ci düzəliş tamamilə ləğv edilməlidir:

"Vaxtilə erməni lobbisinin birbaşa təsiri və təzyiqi nəticəsində Azərbaycana qarşı tətbiq edilmiş 907-ci düzəliş son dövrlərdə Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində ABŞ-Azərbaycan münasibətlərinin normallaşması və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi fonunda dondurulub. Lakin 907-ci düzəliş tamamilə ləğv edilməlidir. Çünki bu düzəliş və onun nəzərdə tutduğu məhdudiyyətlər artıq aktuallığını itirib, tarixdə qalıb”.

Deputat vurğulayıb ki, hazırda Ermənistanla sülh sazişi istiqamətində müəyyən addımlar atılır:

"Hazırda Ermənistanla sülh sazişinin mətni paraflanıb və Ermənistanın qalan öhdəliklərini də yerinə yetirməsindən sonra sənəd tam şəkildə imzalana bilər. Eyni zamanda, Prezident İlham Əliyevin humanist yanaşması nəticəsində Qazaxıstan və Rusiyadan Ermənistana tranzit yüklərin Azərbaycan ərazisindən daşınmasına imkan yaradılır. Bu isə onu göstərir ki, artıq Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin formalaşması istiqamətində müəyyən addımlar atılır. Heç bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında müxtəlif komissiyaların görüşləri keçirilir, sərhədlərin delimitasiya və demarkasiyası məsələləri müzakirə olunur. Zəngəzur dəhlizi üzrə işlərin icrası, kommunikasiyaların açılması istiqamətində də danışıqlar aparılır. Həmçinin Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan müxtəlif beynəlxalq platformalarda bir neçə dəfə görüşüblər”.

Parlamentari qeyd edib ki, 907-ci düzəliş faktiki olaraq öz əhəmiyyətini və aktuallığını tamamilə itirib:

"Əgər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi gedirsə, sülh istiqamətində mühüm addımlar atılırsa və sülhə bu qədər yaxın olduğumuz başqa bir dövr olmayıbsa, deməli, 907-ci düzəliş faktiki olaraq öz əhəmiyyətini və aktuallığını tamamilə itirib. Düzdür, hazırda bu düzəliş ABŞ Prezidenti tərəfindən bu düzəliş dondurulub və bu, Azərbaycana münasibətdə müsbət yanaşmanın göstəricisidir. Lakin hesab edirəm ki, həmin düzəliş tamamilə ləğv edilməlidir. Prezident İlham Əliyevin IV Qlobal Media Forumunun açılışında səsləndirdiyi fikirlər də bu baxımdan olduqca doğru və əsaslı mövqedir. Düşünürəm ki, ABŞ rəsmiləri bu çağırışı nəzərə almalı, məsələyə müsbət yanaşmalı və 907-ci düzəlişin tamamilə ləğvi istiqamətində addım atmalıdırlar”.

Şahanə Ziyad 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 13 İyul 2026 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri