Icma.az
close
up
RU
Tramp 907 ci düzəlişi dayandıracaq?

Tramp 907 ci düzəlişi dayandıracaq?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Konqresi 1992-ci ildə Azərbaycana birbaşa hərbi yardımı qadağan edən 907-ci düzəlişi qəbul edib. 2002-ci ildən bu düzəliş ABŞ Prezidenti tərəfindən hər il 1 il müddətinə dayandırılırdı.

Bayden hakimiyyəti dövründə “907-ci düzəliş” yenidən tətbiq edilməyə başlanıb. 2023-cü ilin noyabrında Konqresin Yuxarı Palatası Azərbaycana yardımla bağlı qadağanı nəzərdə tutan “S.3000” qanun layihəsini təsdiqləyib. Senator Petersin təşəbbüsü ilə hazırlanan qanun Azərbaycanla bağlı “907-ci düzəliş”in qüvvəsini dayandırmamağı nəzərdə tutur.

Yeni hakimiyyətə gələn Trampın dövründə 907-ci düzəliş dayandırılacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan-ABŞ beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Azərbaycana qarşı 907-ci düzəliş utancvericidir:

"Bu qərarı ikiqat utancverici edən Bayden administrasiyası oldu. Azərbaycan artıq ABŞ-nin Əfqanıstanda bütün ağırılı-acılı, çətin funksiyasını yerinə yetirdi. Bundan sonra yendiən Azərbaycana erməni lobbisinin təsiri altında 907-ci düzəliş tətbiq etməyə başladılar. Öz-özlüyündə 907-də göstərilən yardımın, dəstəyi miqdarı o qədər cuzidir ki, Azərbaycan üçün o heç nədir. Onun heç bir əhəmiyyəti yoxdur. Amma rəmzi olaraq bu ABŞ-nin öz maraqlarına, dünyada, xüsusilə də Cənubi Qafqaz regionunda roluna, mövcudluğuna qarşı mənfi təsir edən ən utancverici qanunlardan biridir".

Komitə sədri yeni Prezident administrasiyasının məsələyə yenidən baxmalı olduğunu deyib:

"Tramp administrasiyası sağlam düşüncə inqilabını edir. Onun sonuncu bəyanatları, atdığı addımlar bölüşdüyümüz dəyərlərdir. Söhbət ailə dəyərləri, suverenlik, müstəqillik, milli maraqların qorunmasından gedir. ABŞ-nin milli maraqları çərçivəsindədir ki, Qafqazda ən güclü, təsirli etibarlı tərəfdaşla normal münasibət təşkil etsin. ABŞ bunu heç qəbul etməməli, ikinci dəfə təsdiqləməməliydi. İndi məsələlər necə olacaqsa, bu barədə yeni administrasiya düşünməlidir. Görsünlər, bu onlara xeyir gətirir? Məncə bu ziyandan başqa bir şey vəd etmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see407

“Sabahın Ulduzları”nda XI tura yekun vuruldu

14 Sentyabr 2026 00:18see406

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see312

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see298

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see293

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see291

Bu gün SOCAR ın yaranma günüdür

13 Sentyabr 2026 12:24see272

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see269

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see268

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see266

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see261

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see256

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see254

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

13 Sentyabr 2026 16:32see246

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see244

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see237

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see230

Azərbaycanda qida biznesində yeni dövr

13 Sentyabr 2026 18:33see222

Dəbdəbəli toyu olan gəlin bu məmurun qızı imiş KONKRET

13 Sentyabr 2026 14:58see217

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri