Icma.az
close
up
RU
Deputat ad çəkdi: Gürcüstanda Azərbaycan dili sıxışdırılır

Deputat ad çəkdi: Gürcüstanda Azərbaycan dili sıxışdırılır

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Xarici ölkələrdə dilimizə qarşı böyük təzyiq var. Bəzi ölkələrdə bizim dil məişət dili səviyyəsinə endirilir. Bəzi ölkələr deyəndə, birinci ölkə hansıdır bunu bilirik, amma ikinci ölkə də var".

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib:

"Bu günlərdə həmin ölkədə Azərbaycan dili saatları azaldılır. Dil milli identikliyin birinci şərtidir. Bu məsələyə qayıtmaq, bununla ciddi məşğul olmaq lazımdır ki, nə üçün belə edilir".

Bəs qeyd edilən "birinci" və "ikinci" ölkə hansılardır? Ümumiyyətlə, ölkəmiz bununla bağlı hansı addımları atmalıdı?

Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, dil milli kimliyin əsas göstəricisidir:

“Dilin qorunması dünən aktual olduğu kimi, bu gün də, sabah da aktual olacaq. Buna görə də Azərbaycan Prezidenti daim dilimizin inkişafına və zənginləşməsinə xüsusi diqqət yetirir. Hətta 8 oktyabr 2025-ci ildə Elmlər Akademiyasının yubiley tədbirindəki çıxışı zamanı da dilimizin qorunmasının vacibliyini bir daha vurğulayıb.

Təəssüf ki, hazırda dilimiz müxtəlif təzyiqlərlə üz-üzədir. Yeni meydana çıxan təzyiqlər sırasında məhz rəqəmsal, kompüter və sosial dil təzyiqləri var. Bunlar dili məhdudlaşdırır və sıxışdırır. Ona görə də dilimizi qorumağın və inkişaf etdirməyin əsas platformalarından biri rəqəmsal mühitdə Azərbaycan dilinin yüksək səviyyədə təmin olunmasıdır".

Onun sözlərinə görə, təəssüf ki, azərbaycanlıların yaşadığı etnomədəni coğrafiyalarda, dilimizin arealında bu təzyiqlər daha kəskin şəkildə özünü göstərir:

"Dil məişət səviyyəsinə endirilməyə çalışılır. Birinci ölkə qonşu İrandır. Çünki dövlət institutlarında, elmi, ədəbi və bədii mühitdə istifadə olunmayan dil tədricən işləkliyini itirir və daralmağa məhkum olur. Bununla həm leksik fond, həm də dil daşıyıcısı kimi təfəkkür və zehniyyət məhdudlaşır. Alimlər hesab edirlər ki, son tədqiqatlara görə, ana dilində deyil, başqa dildə tədris mühitinə qədəm qoyan uşaqlar öyrənmə qabiliyyətinin və potensialının təxminən 50 faizindən məhrum olurlar".

Deputat qeyd edib ki, hazırda Gürcüstanda da Azərbaycan dili təhsil sistemində məhdudlaşdırılır:

"Nəzərdə tutduğum ikinci ölkə isə qonşu Gürcüstandır. Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə Azərbaycan dili tədrisdən sıxışdırılaraq çıxarılır.
Həftədə bir neçə saat tədris olunmalı olan Azərbaycan dili bəzən bir saata endirilir, bəzən isə proqramdan çıxarılır. Gürcü dilində təhsil alan azərbaycanlılar üçün isə Azərbaycan dili tədris olunmur". 

O bildirib ki, xaricdə yaşayan azərbaycanlıların dil hüquqları daim qorunmalıdır:

"Məhz demək istədiyim birinci və ikinci ölkələr bunlardı. Halbuki Azərbaycan Prezidenti bildirib ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təhlükəsizliyi və salamatlığı bizim məsələmizdir. Bu gün təhlükəsizliyimizi təmin edən əsas amillərdən biri də dil suverenliyi və dil təhlükəsizliyidir.

Müvafiq qurumlar bu məsələni daim diqqətdə saxlamalı, qonşu ölkələrlə mövcud yaxşı münasibətlərdən istifadə edərək dilimizin inkişafı üçün imkanların daha da yaxşılaşdırılmasını təmin etməlidirlər". 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan dili Hikmət Babaoğlu

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Sentyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri