Deputat: Aliment fondu yaratsaq, pullar azərbaycanlıların xaricdəki uşaqlarına gedəcək
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Alimentlə bağlı olan məsələləri vurğulamaq istərdim. Burada müəyyən məsələlərdə ola bilsin ki, anlaşılmazlıq olsun. Burada aliment verən tərəfin böyük əksəriyyəti azərbaycanlı olacaq. Çünki bizim həmvətənlərimiz Rusiyada, Ukraynada, Moldovada, Belarusda və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib:
"İndi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bu alimenti ödəməlidirlər. Və biz də gələcəkdə fikirləşirik ki, ölkəmizdə Sliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək. O baxımdan mən hesab edirəm ki, burada hansısa forma düşünməliyik. Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik".
Vüqar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 01 May 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















