Icma.az
close
up
RU
Deputat: Almaniya Prezidentinin Azərbaycana ilk dəfə səfər etməsi xüsusi əhəmiyyət daşıyır

Deputat: Almaniya Prezidentinin Azərbaycana ilk dəfə səfər etməsi xüsusi əhəmiyyət daşıyır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. İkitərəfli münasibətlərimizin tarixində Almaniya Prezidentinin Azərbaycana ilk dəfə rəsmi səfər etməsi xüsusi əhəmiyyət daşıyır. Prezident Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri həm də iki ölkə arasında etibarlı tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat bildirib ki, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: “1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşılır”.

S.Salmanova söyləyib ki, Prezident Frank-Valter Ştaynmayerin səfəri həmçinin onu sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir: “Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də dəfələrlə bəyan edib. Frank-Valter Ştaynmayerin bu gün prezidentlərin mətbuata birgə bəyanatında  “Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq” deməsi bunun əyani sübutudur”.

Parlamentari Azərbaycanla Almaniya arasında təhsil, səhiyyə, iqtisadiyyat, bərpaolunan enerji və digər sahələr üzrə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb: “Bildiyiniz kimi, ölkəmizdə alman dilinə böyük maraq var. Bu məsələyə Almaniya Prezidenti çıxışında da toxundu. Belə ki, alman dili ölkəmizdə bir sıra orta və ali təhsil müəssisələrində tədris olunmaqdadır. Bundan başqa, ölkələrimiz arasında səhiyyə sahəsində də əməkdaşlıq genişlənməkdədir.  Hazırda Almaniyada tibb sahəsində təhsil alan xeyli tələbəmiz də vardır. Azərbaycan Almaniya şəhərləri arasında da əlaqələr inkişaf etdirilir. Belə ki, paytaxt Bakı ilə Mayns, Sumqayıt ilə Lüdviqşafen şəhərləri “qardaşlaşıblar”.

S.Salmanova vurğulayıb ki, Prezident İlham Əliyev almaniyalı həmkarı Frank-Valter Ştaynmayeri Azərbaycan-Ermənistan sülh prosesi barədə də ətraflı məlumatlandırıb: “Dövlətimizin başçısı Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün şərtləri də açıqlayıb. Bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı olub. Azərbaycan lideri bu təklifi etməklə dünya tarixində ilkə imza atıb. Çünki qalib tərəfin məğlub tərəfə sülh təklifinə heç vaxt rast gəlinməyib. Bu, Azərbaycanın, onun liderinin humanistliyindən xəbər verir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın iki legitim şərtini qəbul etməlidir. Onlar ATƏT-in Minsk qrupu ləğv və Ermənistan konstitusiyasında dəyişiklik etməlidir. Bu halda ancaq sülh müqaviləsi imzalana bilər”.

Millət vəkili ümumilikdə hesab edir ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu səfəri zamanı keçirilən görüşlər, aparılan danışıqlar iki ölkə arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see389

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see214

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see151

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see146

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see141

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see139

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see139

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see131

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see130

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see127

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see121

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri