Icma.az
close
up
RU
Azərbaycan Almaniya əməkdaşlığı region üçün xüsusi əhəmiyyət daşıyır

Azərbaycan Almaniya əməkdaşlığı region üçün xüsusi əhəmiyyət daşıyır

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlərdə geniş spektrli məsələlər müzakirə olunub və tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsi üçün güclü iradə nümayiş etdiriblər.

İqtisadi əlaqələr xüsusilə diqqət mərkəzində olub. Prezident İlham Əliyev vurğulayıb ki, bu ilin ilk iki ayında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsi üç dəfə artıb ki, bu da əsasən xam neft ixracının həcminin yüksəlməsi ilə bağlıdır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində əməkdaşlıq potensialı yüksək qiymətləndirilib. Azərbaycan 2030-cu ilə qədər 6 giqavatlıq yaşıl enerji istehsalı hədəfləyir və bu sahədə Almaniya şirkətlərinin təcrübəsi xüsusi əhəmiyyət kəsb edir.
COP29 beynəlxalq iqlim konfransının uğurlu keçirilməsi də bu əməkdaşlığın nümunəsidir. Prezident Əliyev qeyd edib ki, Almaniya bu prosesdə Azərbaycanın vacib tərəfdaşlarından biri olub. Təəssüf doğuran yeganə məqam isə Ermənistanın bu konfransı boykot etməsi olub.
Səfər zamanı regionda sülh prosesi də müzakirə edilib. Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş torpaqlarda bərpa işləri və Ermənistanla sülh dialoqu istiqamətində atdığı addımlar barədə məlumat verib. O bildirib ki, 30 illik münaqişəyə baxmayaraq, bu gün iki ölkənin mövqeləri sülhə doğru xeyli yaxınlaşıb.
Bu səfər Almaniya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri kimi tarixə düşür və ikitərəfli münasibətlərin yeni, daha güclü mərhələsinə təkan verir. Enerji, iqlim, iqtisadiyyat və sülh gündəliyinin ortaq nöqtələrdə birləşməsi iki ölkəni daha da yaxınlaşdırır.

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri