Icma.az
close
up
RU
Deputat Arzuxan Əlizadə Vaşinqtonda “İDU Forum2024”də iştirak edib FOTOLAR

Deputat Arzuxan Əlizadə Vaşinqtonda “İDU Forum2024”də iştirak edib FOTOLAR

Icma.az, Sitat.info portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə və sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev ABŞ Respublikaçılar partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (İDU ing.) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə 3-7 dekabr tarixlərində Vaşinqtonda keçirilmiş “İDU Forum-2024”-də iştirak ediblər.

Sitat.info xəbər verir ki, foruma 100-dən çox ölkədən 500-dən artıq iştirakçı qatılıb. İştirakçılar əsasən dünyada tanınmış siyasətçilər, ictimai xadimlər, hazırkı və keçmiş dövlət və hökumət başçıları, Avropa Parlamentinin sağ mərkəz yönlü fraksiyalarının rəhbər və üzvləri, ABŞ-ın Respublikaçılar partiyasını təmsil edən konqresmen və senatorlar olub.

Forumun 3 günü ərzində baş tutan panel iclaslarında əsas müzakirələr Donald Tramp dövründə ABŞ-ın dünyada gedən proseslərə yanaşması, Yaxın Şərqdə baş verənlər, Ukrayna Rusiya müharibəsi, Avropada təhlükəsizlik, dünya iqtisadi münasibətlərinə yeni baxış və digər vacib məsələr ətrafında olub. ABŞ prezidenti Donald Trampın yeni komandasında Milli Təhlükəsizlik məsələləri üzrə prezident müşaviri olacaq Maykl Uolts Forumda çıxış edərək 20 yanvardan sonra AĞ Evin aparacağı xəttin bəzi konturlarını açıqlamaqla gələn ildən dünyada yeni, eyni zamanda fərqli proseslərin gedəcəyinə işarə vurub.

Eyni zamanda Böyük Britaniya konservatorlar partiyasının lideri Kemi Badenoç, Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyasının (EPP) prezidenti, Avropa Parlamentində EPP qrupunun rəhbəri Manfred Veber çıxışları və müraciətləri ilə gündəm olublar.

AMİP sədri səfər müddətində AXP (EPP) sədri, Avropa Parlamentində sağ mərkəzçi qrupun rəhbəri Manfred Veber,  Avropa Parlamenti xarici əlaqələr komitəsinin sədri David Mc Allister, Respublikaçılar partiyasının Senatda və Konqresdə olan bir cox təmsilçiləri və digər tanınmış siyasətçilərlə görüşlər keçirib, regionda gedən proseslərlə əlaqədar, o cümlədən torpaqlarımız işğaldan azad olunandan sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanması gedişatı ilə bağlı fikir mübadilələri aparılıb.

Qeyd edək ki, AMİP 1999-cu ildən etibarən dünyanın 80-dən artıq ölkəsinin 100-dən artıq sağ-mərkəz yönümlü partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının tamhüquqlu üzvüdür.

Sitat.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://sitat.info
archiveBu xəbər 11 Dekabr 2024 19:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri