Icma.az
close
up
RU
AMİP rəhbərliyi Vaşinqtonda İDU Forum 2025 də iştirak etdi FOTO

AMİP rəhbərliyi Vaşinqtonda İDU Forum 2025 də iştirak etdi FOTO

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli İstiqlal Patiyasının (AMİP) rəhbərliyi 2-6 dekabr 2025-cı il tarixlərində Vaşinqtonda Beynəlxalq Demokrat İttifaqının (İDU) təşkilatçılığı ilə keçirilən İDU Forum-2025 tədbirində iştirak edib. 
Demokrat.az xəbər verir ki, forumun işində dünyanın müxtəlif ölkələrini təmsil edən 500 nəfərdən artıq nümayəndə, o cümlədən, sağ mərkəz yönlü partiyaların rəhbər heyətləri, hazırkı və sabiq dövlət və hökumət başçıları, nazirlər,  Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, həmçinin tanınmış beyin mərkəzlərinin nümayəndələri, dünyaca məşhur media təmsilçiləri, Google şirkətinin rəsmiləri iştirak ediblər.
Bu mötəbər tədbirdə AMİP-i partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə, beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə və Qadın təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil ediblər. Forum yekunlaşandan sonrakı gün Beynəlxalq Demokrat İtiifaqının növbəti İcraçı Toplantısı keçirilib. Yalnız BDİ-nin üzvü olan partiya rəhbərlərinin iştirak etdiyi toplantıda BDİ rəhbər strukturlarının ötən dövr ərzində fəaliyyətləri ilə bağlı ənənəvi hesabatı, həmçinin üzv ölkələrin məlumatları dinlənilmiş, üzvlüyə qəbul üçün edilən müraciətlərə baxılıb.
İcracı Toplantının gündəliyinə AMİP-in təqdim etdiyi Qətnamə layihəsi də daxil edilib. Qətnamə layihəsində Qarabağ probleminin həllində ATƏT-in Minsk qrupunun bacarıqsızlığı, Azərbaycanın öz gücünə ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi və bununla da regionda dayanıqlı sülh və sabitliyə nail olunması, bu kontekstdə yeni reallıqların bərqərar olması fonunda Ermənistanın da suverenlik əldə etmək imkanlarının yaranması, Zəngəzur dəhlizinin açılmasının, eləcə də tərəflər arasında yekun sülh müqaviləsinin imzalanması istiqamətində bütün mövcud əngəllərin aradan qaldırılmasının vacibliyi və digər məsələlər əks olunub. BDİ sədri Stiven Harper tərəfindən toplantı iştirakçıarının diqqətinə çatdırılan qətnamə layihəsi yalnız EPP-ni təmsil edən bir nümayəndənin bitərəf qalması, digər nümayəndələrin isə hər birinin lehinə səs verməsi ilə qəbul olunub. 
AMİP tərəfindən təqdim olunan Qətnamənin qəbulu ilə Beynəlxalq Demokrat İttifaqı (İDU) növbəti dəfə Cənubi Qafqazda Azərbaycanın sülh səylərinə dəstəyini ifadə edib.
Beynəlxalq Demokrat Ittifaqının (İDU) Azərbaycan və Ermənistanla bağlı qəbul etdiyi Qətnamə
Azərbaycan və Ermənistan arasında sülh istiqmətində gedən danışıqlar reqionda davamlı sülhün yaranmasına böyük ümüdlər yaradır, 
Sovetlər İttifaqının dağılması ərəfəsində SSRİ KQB-si tərəfəndən yaradılmış Qarabağ münaqişəsi hər iki tərəfdən on minlərlə insanın ölümünə səbəb oldu və ATƏT-in Minsk qrupu 25 ildən artıq bir zamanda münaqişənin həllinə nail ola bilmədi,
2020-ci ildə 44 günlük müharibə əsas məsələlər üzrə gedən danışıqları sürətləndirdi və 30 ildən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası Ermənistana da Rusiya təsirinin azaldılmasına və öz suverenliyini gücləndirməyə imkan yaratdı,
Tərəflərin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınmasından sonra regionda davamlı sülhün bərqərar olunması üçün şərait yaranmışdır. 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi ilə Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında razılaşdırılmış sülh müqaviləsi şərtlərininin imzalanması baş tutdu. Həmin gün eyni zamanda Azərbaycan və Ermənistan arasında 33 ildən artıq bağlı olan kommunikasiya xətlərinin açılması barədə də razılıq əldə olundu. Əsas regional iqtisadi loqistik layihənin tərkib hissəsi olan Zəngəzur kommunikasiya xəttinin - Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) açılması ilə bağlı memorandum imzalandı, 
Tərəflərin göstərdiyi iradə, həmçinin ABŞ prezidenti Donald Trampın səyləri sayəsində reqionda davamlı sülh və iqtisadi inkişafın yaranması üçün əlverişli şərait yaranmışdır, 
Bunları nəzərə alaraq Beynəlxalq Demokrat İttifaqı bəyan edir:
-Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci il tarixində Vaşinqtonda imzalanmış sülh müqaviləsi şərtlərinin paraflanıb imzalanmasını reqionun gələcək inkişafına və təhlükəsizliyinə xidmət edən addım kimi qəbul edir.
- Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu (TRIPP) Layihəsinin icrasına tezliklə başlanmasının reqionun siyasi və iqtisadi inkişafında mühüm hadisə olacağına ümüd edir.
-Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin Yeravana və Bakıya səfər edib müzakirələr aparılmasını uzunmüddətli sülhün yaranması və xalqlar arasında münasibətlərin normallaşdırılması üçün uğurlu addım kimi qəbul edir.
-BDI ümüd edir ki Azərbaycan və Ermənistan arasında pozitiv notlar üzərində danışıqlar tezliklə uğurla yekunlaşacaq, Böyük sülh müqaviləsinin imzalanmasına mane olan bütün səbəblər aradan qaldırılacaq. 
-Bu addımların nəticəsi olaraq Rusiyanın reqion dövlətlərini siyasi və iqtisadi təsir altına almaq niyyətlərinin qarşısı alınacaq.
-Nəhayət, bu problemin tezliklə həll olunması digər post sovet respublikalarında Rusiyanın yaradıb nəzrətində saxladağı milli etnik problemlərin həll olunması üçün stimul yaradacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri