Icma.az
close
up
RU
Deputat Asif Əsgərov Avropada cüdoçularımızın mükafatlandırma mərasimində FOTOLAR

Deputat Asif Əsgərov Avropada cüdoçularımızın mükafatlandırma mərasimində FOTOLAR

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

23–27 aprel tarixlərində Cüdo üzrə Qitənin ən güclüləri Monteneqroda bir araya gəlib.

"Unikal" xəbər verir ki, Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub. Milli komandamız Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə edib. -100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (-60 kq), Rəşid Məmmədəliyev (-73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.

Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma mötəbər turnirdə qarışıq komanda yarışında da iştirak edib.

Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-ci yeri tutub. Ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, Avropa Cüdo Federasiyasının rəsmi dəvətinə əsasən  Azərbaycan Respublikası Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili, Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin üzvü Asif Əsgərov Monteneqronun Podqoritsa şəhərində keçirilən Avropa çempionatına dəvət olunmuşdur.

Millət vəkili Asif Əsgərov Avropa çempionatının bürünc mükafatçısı Rəşid Məmmədəliyevin və  komandalar arasında keçirilən yarışın mükafatlandırılma mərasimlərində iştirak etmişdir.

Qeyd edək ki, Monteneqronun Gənclər və idman Naziri Draqoslav Şekiçin dəvətinə əsasən, Milli Məclisin Gəncər və İdman Komitəsinin üzvü, millət vəkili,  Azərbaycan Cüdo Federasiyası İdarə Heyətinin üzvü Asif Əsgərov, Monteneqro Cüdo Federasiyasının prezidenti Jovica Receviç, Gürcüstan Respublikasının Gənclər və İdman naziri Salva Qoqoladze arasında da görüş keçirilmişdir.

Görüş zamanı millət vəkili qeyd etmişdir ki, 2024-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisin sədri Sahibə xanım Qafarova Monteneqro Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə görüşmüş,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  ölkəmizdə keçiriləcən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)-da iştirak etmək üçün dəvət məktubunu təqdim etmişdir.

Eyni zamanda görüş zamanı aparılan geniş söhbətlər əsasında dövlətlər arasında qarşılıqlı dostluq münasibətləri, Monteneqro Respublikasının prezidenti cənab Yakov Milatoviçin Bakıda  keçirilən  COP 29 tədbirində iştirakı, və ölkə prezidendi cənab İlham Əliyevlə möhkəm dostluq münasibətlərinin olması xüsusilə vurğulanmışdır.

Millət vəkili qeyd etmişdir ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınması və mötəbər arenalarda naliyyətlərinin olması təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır.

Görüşün sonunda xatirə şəkilləri çəkilmişdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Aprel 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see408

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see195

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see192

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see170

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri