Icma.az
close
up
RU
Deputat: Azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün zəruri tədbirlər görülür

Deputat: Azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün zəruri tədbirlər görülür

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı təmin etməkdən ibarətdir.

Bu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat deyib ki, müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, azad olunmuş ərazilərdə bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində böyük işlər görülüb: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər görülür. Dövlət başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir və burada görülən işlərlə yerində tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılan layihələrin əhatə dairəsi kifayət qədər genişdir. Hazırda bu ərazilərdə infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər, evləri tikilir. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir. Artıq bir sıra yaşayış məntəqələrinə keçmiş köçkünlərin qayıdışı təmin olunub. Yanvarın 7-də cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində dediyi kimi, bu günə qədər 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Bütövlükdə, azad edilmiş ərazilərdə hazırda 30 mindən artıq insan yaşayır. Onların təxminən 10 min nəfəri daimi məskunlaşan sakinlərdir, digərləri isə orada çalışan vətəndaşlarımızdır. Bu gün qürurla deyə bilərik ki, artıq Şuşada, Laçında, Xocalıda və digər azad edilmiş ərazilərimizdə həyat canlanır, insanların doğma yurdlara qayıdışı bu müqəddəs torpaqlarımıza yeni nəfəs gətirir. O cümlədən, hazırda Xankəndi şəhəri də yeni dövrünə qədəm qoyub. Burada Qarabağ Universiteti fəaliyyətə başlayıb, müxtəlif müəssisələr yaradılıb, insanlar böyük ruh yüksəkliyi ilə Qarabağ torpağında çalışırlar”.

Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın azad olunmuş ərazilərimizə hər bir səfəri yeni təməllərin atılması, açılışların edilməsi ilə yaddaşlarda qalır: “Dövlət başçısının müjdə verdiyi kimi bu il daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı nəzərdə tutulur. İnfrastruktur layihələrinin yekunlaşması ilə yaşayış məntəqələrinin bərpasına diqqət daha da artacaq və qayıdış prosesi daha da sürətlənəcək. Bütövlükdə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid böyük məkana çevrilməsi konsepsiyası həyata keçiriləcək. Ən müasir standartlara uyğun həyata keçirilən işlər Azərbaycanın gücünü daha da artırır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see256

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see226

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see223

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see213

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see204

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see194

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see174

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see157

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see154

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see152

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see150

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see149

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see147

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri