Icma.az
close
up
RU
Deputat: “Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır”

Deputat: “Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır”

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycanın Ulu Öndər Heydər Əliyevlə başlayan çox vektorlu enerji strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”. 

Bu sözləri Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.O bildirib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü iclaslarının keçirilməsi bunun bariz nümunəsidir:

“Ölkə rəhbərliyi hazırda qlobal prosesləri, xüsusilə, iqlim dəyişiklərini nəzərə alaraq enerji sektorunun fəal şəkildə diversifikasiyasını həyata keçirir.Ənənəvi ixrac sahələri ilə yanaşı şaxələndirililmiş model əsasında yeni layihələr işlənilir. Cənab Prezident İlham Əliyevin konfransın açılış nitqində səsləndirdiyi məsələlər Azərbaycanın sözügedən istiqamət üzrə potensialı və inkişaf perspektivləri haqqında aydın fikir formalaşdırdı. 
Dövlət rəhbərimizin qeyd etdiyi kimi, Azərbaycan hazırda 12 ölkəyə təbi qaz ixrac edir və bizdən mavi yanacaq almaq istəyən dövlətlərin sayı durmadan artır. Bunlardan əksəriyyətinin Avropa dövlətləri olması isə ölkəmizin qitənin enerji təhlükəsizliyində rolunun artdığının göstəricisidir”. 

Millət vəkili vurğulayıb ki, Azərbaycan “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli”, “Abşeron” və digər strateji neft-qaz yataqları sayəsində beynəlxalq enerji bazarlarında önəmli bir aktora çevrilib:

“Ölkəmiz keçən müddət ərzində təkcə neft və qaz ixracatçısı kimi deyil, eyni zamanda enerji ehtiyatlarının müxtəlif bazarlara çatdırılmasını təmin etmək məqsədilə böyük infrastruktur layihələrini həyata keçirib.Bu layihələr çərçivəsində Bakı-Tblisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, “Cənub Qaz Dəhlizi” və TANAP-ı xüsusi olaraq qeyd etmək lazımdır. Məhz bu səbəbdən Azərbaycanın uğurlu enerji strategiyası ölkənin iqtisadi inkişafına töhfə verməklə yanaşı, tərəfdaşların enerji təhlükəsizliyində mühüm rol oynayır.

Beləliklə, Azərbaycanın çoxşaxəli enerji siyasəti onu regionun və Avropanın etibarlı tərəfdaşına çevirib. Bu strateji yanaşma həm ölkəmizin dayanıqlı inkişafını təmin edir, həm də qlobal enerji təhlükəsizliyinə əhəmiyyətli təsir göstərir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri