Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

Röya bu gün açıq havada konsert verəcək Foto

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Azərbaycan Avropanın yaxın iqtisadi tərəfdaşıdır

Azərbaycan Avropanın yaxın iqtisadi tərəfdaşıdır

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı yeni qlobal münasibətlər sistemində fəallığı ilə seçilir

Yeni qlobal mühitdə siyasi-iqtisadi münasibətlərin formalaşması və inkişafı olduqca mühüm ştrixlər üzərindən tənzimlənir. Xüsusilə, açıq qütbləşmənin yaşandığı dünyada siyasi məsafələşməni özünün milli maraqlarının ölçüsü ilə uzlaşdırmağı bacaran dövlətlər regional oyunçu statusu qazana bilir. Qeyd olunduğu kimi, istər dövlətlər, istərsə də qütblər arasında maraqların çarpazlaşması o qədər dərinləşib ki, bu, ticari-iqtisadi sferaya da təsir göstərməyə başlayıb. Məhz belə bir məqamda beynəlxalq münasibətlər sistemində uğurlu təmsilçilik müşkül hal alıb - nəzərə alınmalıdır ki, istər Qərb-Şərq, istər Şimal-Cənub, istərsə də yarımcəhətlər üzrə münasibətlər sistemi yenilənir, siyasi aspektlər özünün köhnə axarından çıxır, ticari-iqtisadi əlaqələr modeli müasir strateji yol alır. Siyasi gözləntilər daha çox növbəti mərhələdə geostrateji şəkillənməni özündə əxz edir - diqqət yetirsək, yeni dünya nizamı adlanan mövhum mürəkkəb geosiyasi dalanlar üzərindən beynəlxalq münasibətlərə sirayət etməkdədir. Məhz belə bir siyasi mürəkkəbliyin içində Azərbaycanın yaratdığı fərqli mənzərə, sözün əsl mənasında, seçilir...

Bakının seçdiyi strateji xətt...

Azərbaycanın seçdiyi inkişaf yolu birmənalı strukturlaşmaya malikdir:

- Milli maraqlar çərçivəsində əməkdaşlıq;

- Beynəlxalq təhlükəsizliyin təmininə töhfələr;

- Qarşılıqlı hörmət;

- Beynəlxalq hüquq çərçivəsi;

- Mütərəqqi dəyərlər əsasında tərəfdaşlıq.

Diqqət yetirsək, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 may tarixli sərəncamında da qeyd olunub ki, “Qərb və Şərq dünyalarının qovuşduğu coğrafi məkanda yerləşən Azərbaycan bir çox sivilizasiyaların müsbət məqamlarını özündə cəmləşdirib. Avropanın mütərəqqi dəyərlərini paylaşan və Avro-Atlantik təhlükəsizlik arxitekturasının ayrılmaz bir halqası olan Azərbaycan bu məkanın təhlükəsizliyinə öz töhfəsini verməkdədir”.

Etiraf olunmalıdır ki, son 15 ildə Azərbaycan qlobal məkanda həm aparıcı regional lider, həm də qlobal logistik öncül kimi şöhrət qazanıb. Diqqət yetirsək, Bakının aparıcı rolu nəinki yerləşdiyi geocoğrafiyada, daha böyük geostrateji iqtisadi-siyasi platformalarda vurğulanır, təqdirəlayiq sayılır. Azərbaycanın yeni qlobal proseslərdəki rolunun artması, yeni perspektiv əməkdaşlıqların meydana çıxması isə bir daha onu göstərir ki, rəsmi Bakı apardığı siyasi-iqtisadi strategiyada uzaqgörənlik, operativlik, çevik dəyərləndirmə kimi mühüm ştrixləri ön plana çıxarır - bu, müasir çağırışlara, müasir standartlara söykənərək yürüdülən dövlət siyasətinin növbəti təsdiqi kimi ortaya çıxır. Əlaqələrin inkişaf etdirilməsi isə yeni iqtisadi-siyasi situasiyanın üfüqlərinin genişlənməsidir. Azərbaycanın Şərq kontingenti ilə, xüsusilə Çin ilə münasibətləri hər kəsə bəllidir - rəsmi Pekin ilə Bakı arasında hərtərəfli strateji münasibətlərlə bağlı mühüm müqavilə - hüquq bazası mövcuddur. Qərb kontingenti ilə də münasibətlər olduqca yüksək konturlarla müşayiət olunur - bu ilin avqustunda Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da gücləndirilməsi ilə bağlı aparılan danışıqlar deyilənləri təsdiqləyir.

Azərbaycan-Aİ münasibətləri: yeni dövrdə yeni ruhla...

Paralel olaraq eyni tezisləri Avropa üçün də keçərli saymaq olar: bu amil bir neçə gün öncə Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında növbəti dəfə sübut olundu. Dövlət başçımızın Fransa, Moldova prezidentləri, Niderlandın Baş naziri, İtaliyanın Nazirlər Şurasının sədri, Aİ Şurasının və Avropa Komissiyasının prezidentləri ilə görüşlərdə aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan Avropa üçün mühüm dövlətdir. Azərbaycan Aİ ilə çoxtərəfli əməkdaşlıq sferasına malikdir. Buraya əsasən enerji təhlükəsizliyi, nəqliyyat daşımaçılıq və bir sıra sahələr daxildir. Vurğulayaq ki, Brüssel ilə Bakı arasında əməkdaşlıq proqramlarından biri Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRACECA) proqramıdır. “Yeni İpək Yolu” adlandırılan TRACECA Mərkəzi Asiya, Qafqaz və Avropa arasında nəqliyyat əlaqələrinin inkişafını hədəfləyən proqramdır. Proqramın məqsədi dövlətlərin siyasi və iqtisadi müstəqilliyini dəstəkləməklə onların avtomobil, dəmir və dəniz yolu vasitəsilə Avropa və dünya bazarına çıxışını genişləndirmək, Avropadan Qara Dəniz və Qafqaz vasitəsilə Mərkəzi Asiyaya və əks istiqamətdə ən tez və ən ucuz nəqliyyat dəhlizinin yaradılmasından ibarətdir. TRACECA çərçivəsində aparılan əməkdaşlıq 1998-ci il sentyabrın 8-də Bakıda “TRACECA -Tarixi İpək Yolun Bərpası” konfransı ilə daha da möhkəmləndirildi. Burada “Avropa-Qafqaz-Asiya” dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında çoxtərəfli əsas saziş imzalanıb. Müqavilə çərçivəsində beynəlxalq dəmir və avtomobil nəqliyyatı, beynəlxalq ticarət gəmiçiliyi, gömrük prosedurları və sənədlərin işlənməsi üzrə Texniki Əlavələr adlı sənəd də razılaşdırılıb. Bu razılaşma Avropa, Qara Dəniz, Qafqaz regionlarında, Xəzər dənizi hövzəsində və Asiyada ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin tənzimlənməsində mühüm rol oynayaraq TRACECA proqramının əsas sənədi kimi çıxış edir. Bu layihə çərçivəsində Azərbaycan 25 texniki və 11 investisiya layihələrinin həyata keçirilməsinə yardımı göstərib.

Enerji əməkdaşlığı...

Digər mühüm əməkdaşlıq müstəvisi qeyd edildiyi kimi enerji sahəsidir. 2006-cı ildə bağlanmış “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında Memorandum”a əsasən formalaşan əməkdaşlıq hər iki tərəf üçün böyük əhəmiyyətə malikdir. Yeni dövrdə isə münasibətlər daha mühüm bir istiqamətə köklənib - 2022-ci ilin iyul ayında Avropa Komissiyasının Prezidenti Ursula Fon der Leyenin Azərbaycana rəsmi səfəri çərçivəsində ölkəmizlə qurum arasında Anlaşma Memorandumu imzalanıb. Yeni saziş Azərbaycandan TAP vasitəsilə idxal edilən qazın illik həcminin 5 il ərzində 2 dəfəyədək artırılmasını nəzərdə tutur. Həmçinin Ursula Fon der Leyenin Azərbaycanı enerji sahəsində “etibarlı tərəfdaş” adlandırması da ikitərəfli münasibətlərin inkişafı baxımından böyük önəm daşıyır. Müqavilədə yer alan əsas məsələlərdən biri Cənub Qaz Dəhlizi çərçivəsində Avropaya daşınan mavi yanacağın illik həcminin 20 milyard kubmetrə çatdırılmasıdır. Bu yaxınlaşma ona dəlalət edir ki, Azərbaycan-Aİ arasında inteqrasiya proseslərin daha da dərinləşməsi imkanı mövcuddur.

Kopenhagendə bir daha təsdiqləndi...

Azərbaycan-Avropa müasibətlərində iqtisadiyyatdan kənar predmetlər üzrə müəyyən dövrlərdə gərginlik müşahidə olunub - etiraf edilməlidir ki, bəzən erməni lobbisinin səsinə ehtiyacı olan Avropa siyasi dairələrin populistliyi, bəzən də eqoist və reallıq hissini itirmiş siyasətçilərin “demokratiya dərsi” verməsi bu gərginliklərin əsas səbəbi kimi ortaya çıxıb. Avropanın özündə belə qəbul edilməyən separatçılığa, ekstremizmə, terrorçuluğa qarşı Azərbaycanın mübarizəsi insan hüquqlarının pozulması kimi qələmə verilib. Böyük dövlətlərin geosiyasi mübarizəsində Azərbaycanı alətə çevirməyə imkan verməyən dövlətimiz qərəzli olaraq mənfi qiymət alıb. Hər hansı bir qlobal güc mərkəzi Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin əhəmiyyətli olduğunu başa düşərək burada özünə məqbul hakimiyyət formalaşdırmağa cəhd edib ki, ölkənin enerji resurslarını, tranzit ticarət yollarına nəzarəti ələ keçirsin və bununla da həm milli gəliri mənimsəsin, həm də rəqiblərinə siyasi təzyiq edə bilsin. Lakin Azərbaycan dövləti hər zaman milli maraqları müdafiə edərək bu cür ucuz siyasi manipulyasiyaların həyata keçməsinə imkan verməyib. Nəticədə Avropa Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq yolunu seçib ki, bu da milli maraqlara cavab verdiyi üçün məmnunluqla qarşılanıb. Bu fakt bir daha Kopenhagendə təsdiqləndi. Vaxtilə ölkəmizə qarşı fərqli ermənipərəst ritorika ilə yanaşan dövlət və hökumət başçıları Azərbaycanın regional lider, Azərbaycan  Prezidentinin yaratdığı reallıqları isə regionun gələcək strateji yol xəritəsi olduğunu bir daha təsdiqlədilər.

P.SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see792

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see320

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see284

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see276

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see272

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see261

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see259

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see255

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see232

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see227

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see214

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see214

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see209

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see196

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see187

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see186

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see185

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see180

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri