Icma.az
close
up
RU
Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibidir

Deputat: Azərbaycan beynəlxalq münasibətlər sistemində söz sahibidir

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyevin son 15 gün ərzində bir-birindən mühüm dörd beynəlxalq toplantıda iştirakı Azərbaycanın dünya miqyasında siyasi nüfuzunun, diplomatik çəkisinin və liderliyinin bariz göstəricisidir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım bildirib.

Deputat deyib ki, BMT-də, Avropa Siyasi Birliyinin sammitində, Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən görüşündə və nəhayət, Misirdə baş tutan Qəzza ilə bağlı Sülh Sammitində Prezident İlham Əliyevin sərgilədiyi qətiyyətli, aydın və ədalətli mövqe bütün dünyada rezonans doğurub: “Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində də söz və təsir sahibidir. Dövlət başçısına göstərilən yüksək hörmət, ikitərəfli görüşlər, rəsmi qarşılamalar, dünya liderləri ilə bərabər səviyyədə aparılan dialoqlar Azərbaycanın müstəqil siyasətinin, prinsipial mövqeyinin və etibarlı tərəfdaş statusunun nəticəsidir.

Zirvə toplantılarında Prezidentin səsləndirdiyi mesajlar istər beynəlxalq hüququn müdafiəsi, istər iqlim dəyişikliklərinə qarşı çağırışlar, istərsə də regional təhlükəsizlik məsələləri qlobal siyasi diskussiyalara Azərbaycanın verdiyi töhfədir”.

Fatma Yıldırım qeyd edib ki, bu gün Azərbaycan hadisələrin müşahidəçisi yox, formalaşdırıcısıdır: “Biz fəxr edirik ki, ölkəmiz belə bir liderə, qətiyyətli, uzaqgörən, milli maraqlara sadiq və qlobal düşüncəli bir Prezidentə sahibdir. Prezident İlham Əliyevin iştirak etdiyi hər beynəlxalq platforma Azərbaycanın siyasi çəkisini bir qədər də artırır və dünyada ölkəmizə olan etimadı möhkəmləndirir.

Bu, sadəcə diplomatik uğur deyil. Bu, müstəqil Azərbaycanın gücünün, haqqın yanında olan siyasətin və strateji liderliyin nəticəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri