Icma.az
close
up
RU
Deputat: Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu

Deputat: Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Artıq 5 ildir ki, Azərbaycan xalqı 8 Noyabr tarixini Zəfər Günü kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gündən sonra bitən Vətən müharibəsi zamanı Ali Baş Komandanın əzəmətli sərkərdəliyi, dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə erməni işğalına son qoyuldu”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O əlavə edib ki, Qarabağ münaqişəsi Azərbaycanın qələbəsi ilə başa çatdı:
“Azərbaycan dövləti və xalqı qalib olaraq dünya tarixinə öz möhürünü vurdu. Noyabrın 8-də üçrəngli bayrağımızın Qarabağın döyünən ürəyində, mədəniyyətimizin beşiyi olan Şuşada dalğalanması hər birimizi qürurlandırdı. Şuşanın işğaldan azad olunması Ermənistanın bir əsrə yaxın əsirinə çevrildiyi “Dənizdən-dənizə, böyük Ermənistan” xülyasının tamamilə iflasa  uğratdı, yüz illik anti-türk siyasətinə sarsıdıcı zərbə vurdu, erməni diaspor və lobbi təşkilatlarının ümidlərini puç etdi. Bu qələbə regionumuzda yeni tarixi, siyasi, iqtisadi reallıqlar yaratdı. 
2003-cü ildə Prezident seçilərkən İlham Əliyevin qarşıya qoyduğu əsas hədəflər Azərbaycan dövlətini inkişaf etdirmək, xalqın rifahını yaxşılaşdırmaq, milli birliyi möhkəmlətmək, ordunu gücləndirmək və torpaqlarımızı erməni işğalından azad edərək bütün ərazilərdə suverenliyi bərpa etməklə bağlı olmuşdur. Bu məqsədlərə çatmaq üçün 17 illik uzun bir yol getməli olduq. Azərbaycan dünya siyasi arenalarında heç nədən çəkinməyərək öz qətiyyətli mövqeyini ortaya qoydu və dünya birliyini Ermənistanın özbaşınalıqlarına son qoymağa çağırışlar etdi”.
Millət vəkili əlavə edib ki, Azərbaycan bütün beynəlxalq tribunalardan ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə heç vaxt barışmayacağını bəyan edir:
“Haqq səsimizi beynəlxalq platformalarda qəbul etdirirdi. Şanlı ordumuz Ali Baş Komandanın rəhbərliyi altında ərazilərimizi azad etməklə düşmənlərin çirkin planlarına birdəfəlik son qoydu. Beləliklə son beş ildə işğaldan azad olunmuş ərazilər yenidən qurulub bərpa olunur. Böyük qayıdışa dair Dövlət proqramı sürətlə icra olunur və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Şəhər və kəndlərin baş planları təsdiq olunaraq tikinti işləri yüksək keyfiyyətlə aparılır. İşğaldan azad olunmuş ərazilərdə yenidən salınan şəhərlərimizin günləri bayram təntənəsi ilə qeyd olunur.. Bu gün qalib Azərbaycan var və regionda icra olunan bütün layihələr ölkəmizin iştirakı ilə həyata keçirlir”.
Leyla Turan 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see279

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see221

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see170

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see164

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see160

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see144

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see139

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see137

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see135

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see134

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see133

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see132

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see129

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri