Icma.az
close
up
RU
Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır

Deputat: Azərbaycan güclü dövlət kimi önəmli beynəlxalq platformalara dəvət alır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 17 may, AZƏRTAC

Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin Albaniyanın paytaxtı Tiranada keçirilən 6-cı zirvə toplantısına dəvət olunması Azərbaycanın nüfuzunun göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputatın fikrincə, adıçəkilən qurum öz sıralarında Azərbaycanı görmək, müzakirə olunan taleyüklü məsələlərlə bağlı rəsmi Bakının da mövqeyini dinləmək istəyir. "Çünki Azərbaycan qlobal proseslərə ədalətli yanaşması, özünün nüfuzu və çəkisi ilə diqqət cəlb edir. Bu, Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi ilə birbaşa bağlıdır. Bu gün yaranmış mənzərə onu deməyə əsas verir ki, yalnız regional deyil, dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli hesab olunur.

Avropa Siyasi Birliyi bəyan edir ki, bu siyasi koordinasiya platforması heç bir mövcud təşkilatı, strukturu və ya prosesi əvəz etmir. Sadəcə, ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirməyə ehtiyac var. Bütün səylər yeni geosiyasi dəyişikliklər fonunda Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməyə hesablanıb".

Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin 3 il əvvəl – 2022-ci ildə Praqada keçirilən ilk sammitində də Azərbaycanın dövlət başçısı iştirak edirdi. Bu sammit ölkəmiz üçün bir neçə vacib məqamlarla yadda qalmışdı.

Dövlətimizin başçısının strateji xarici siyasi baxışı və yürütdüyü siyasət nəticəsində Praqa sammitində Fransa, Avropa İttifaqı və Ermənistanın ölkəmizə qarşı qərəzli planı faktiki pozuldu. Belə ki, Nikol Paşinyan və Makron Praqa sammitində Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Alma-Ata bəyannaməsinə istinad etməyə məcbur edildi. Yada salmaq yerinə düşər ki, Praqa sammiti zamanı Azərbaycanın suverenliyi tam təmin edilməmişdi. Eyni zamanda, Rusiya sülhməramlıları da hələ Azərbaycan ərazisində idi. Bu sammitdən 11 ay sonra Azərbaycan öz suverenliyini təmin etdi. Ona görə Ermənistanda revanşist qüvvələr, hətta Rusiyada bəzi ekspertlər Praqada qəbul edilən bəyanatı bu gün də tənqid edirlər. Amma artıq hər kəs mövcud reallıqla barışmağa məcburdur.

Tiranada da Azərbaycan Prezidenti xüsusi ehtiramla qarşılandı. Sammitin budəfəki gündəliyində yer alan məsələlərin müzakirəsində Azərbaycanın iştirakı zəruri idi. Sammit çərçivəsində aparılan müzakirələr zamanı Aİ regional münasibətlərə, sülh və təhlükəsizliyin təmin olunmasına sərmayə qoymağa, bütün regionu bir-birinə yaxınlaşdırmağa hazır olduğunu bəyan etdi. Bu prosesdə Azərbaycan kimi nüfuzlu dövlətin töhfəsi Avropa üçün vacibdir.

"Bu gün Azərbaycan beynəlxalq miqyasda regional gücə çevrilib. Xüsusilə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Azərbaycan kimi etibarlı dövlətlərin rolu artmaqdadır. Ölkəmiz bu gün Cənubi Qafqazın ən güclü dövləti, Xəzər regionunun isə nüfuzlu gücü kimi önəmli beynəlxalq platformalara dəvət alır", -deyə Könül Nurullayeva vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri