Icma.az
close
up
RU
Azərbaycan MDB məkanında da əməkdaşlığa önəmli töhfələr verir Deputat

Azərbaycan MDB məkanında da əməkdaşlığa önəmli töhfələr verir Deputat

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi mühüm yer tutur.  Beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və fəal üzv kimi mövqeyini möhkəmləndirən Azərbaycan qonşu və region dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə xüsusi önəm verir

 Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan yeni reallıqlar yaradıb. Azərbaycan yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş coğrafiyada inkişafa və tərəqqiyə xidmət edən təşəbbüslərlə çıxış edir. Azərbaycanın irəli sürdüyü əməkdaşlıq gündəliyi artıq qlobal miqyasda böyük dəstək qazanıb. MDB-yə üzv ölkələrin bu təşəbbüslərə qoşulması dövlətlər arasında münasibətlərin daha da genişlənməsinə əsaslı zəmin  yaradacaq. Bu xüsusda, MDB-yə üzv ölkələr arasında regional əməkdaşlıq xətti üzrə həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya baxımından yaxşı imkanlar var.

Azərbaycanın təşkilata üzv ölkələr olan Özbəkistan, Türkmənistan, Qazaxıstan ilə fəal siyasi dialoqu müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsini təmin edir. Eyni zamanda, ölkəmiz ilə Tacikistan arasında  ikitərəfli münasibətlər fəal şəkildə inkişaf etdirilir. 2023-cü ilin aprelində Azərbaycan Prezidentinin Tacikistana dövlət səfəri çərçivəsində imzalanan çoxsaylı sənədlər əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və genişləndirilməsi baxımından önəmli rol oynadı. Bu gün dövlət başçılarının qarşıya qoyduqları vəzifələr əsasında əlaqələr genişlənməkdədir.

Hər zaman regionda sabitlik, tərəqqi və inteqrasiya ideyalarına əsaslanan təşəbbüslərin müəllifi olan Azərbaycan Müstəqil Dövlətlər Birliyində də fəal rola malikdir. Bu xüsusda, Laçının MDB-nin mədəniyyət paytaxtı elan olunması, III MDB Oyunlarının ölkəmizdə keçirilməsi təşkilat çərçivəsində Azərbaycan göstərilən yüksək etimadın təzahürüdür. Azərbaycan Prezidenti cənab İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən iclasında qeyd etdiyi kimi, bu tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun tərkib hissəsi kimi Azərbaycanın MDB çərçivəsindəki fəaliyyəti regionda sabitlik, əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişafına önəmli töhfə verir.

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Oktyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see148

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see147

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see135

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri