Icma.az
close
up
RU
Deputat: Azərbaycan Prezidenti milli maraqlarla bağlı heç bir dövlətə güzəştə getməyəcəyini nümayiş etdirib

Deputat: Azərbaycan Prezidenti milli maraqlarla bağlı heç bir dövlətə güzəştə getməyəcəyini nümayiş etdirib

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev hazırda sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır: "Azərbaycan Prezidentinin həyata keçirdiyi müdrik islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində bir çox böyük dünya dövlətlərinin maraqlarının toqquşduğu regionumuzda sabitlik mövcuddur. Məhz bu hegemon dövlətlərin maraqlarının üst-üstə düşdüyü digər bölgələrə nəzər salsaq, bunun nə qədər əhəmiyyətli və həyati zərurət daşıdığını görərik. Prezident İlham Əliyevin özünəməxsus praqmatik informasiya siyasəti var. Dövlətimizin başçısı təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir”.

Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması isə əsas qayəsini təşkil edir: “Azərbaycan Prezidentinin COP29-da çıxışında Qərbə, ABŞ və Avropa İttifaqına, daha sonra isə AZTV-yə müsahibəsində Rusiyaya yönəlmiş fikirləri, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində Ermənistanı silahlandırılmasına diqqət çəkməsi Azərbaycanın mövqeyini və maraqlarını prinsipiallıqla müdafiə etməsindən irəli gəlir. Dövlət başçısı hər zaman beynəlxalq mətbuatla yanaşı yerli mətbuatda da regionda baş verən proseslərlə bağlı fikirlərini bildirir, dövlətimizin mövqeyi ilə bağlı mühüm mesajlar verir. Azərbaycan Prezidenti dəfələrlə dövlətimizin milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getməyəcəyini nümayiş etdirib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://apa.az
archiveBu xəbər 03 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri