Icma.az
close
up
RU
Deputat: Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir

Deputat: Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri ölkəmizin bu bölgələrdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işlərinin ardıcıl, planlı şəkildə davam etdirildiyini bir daha nümayiş etdirir. Bu səfər yalnız görülən işlərə baxış xarakteri daşımır, həm də dövlət başçısının rəhbərliyi ilə bölgədə aparılan böyük yenidənqurma prosesinə verilən yüksək siyasi iradənin, xalqla birbaşa təmasın və praktiki nəzarətin təzahürüdür".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısı və birinci xanım mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edirlər:

"Həmin səfərlər zamanı ölkə başçısı sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir. Bildiyiniz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər və şəhərdə inşa ediləcək dördüncü yaşayış kompleksinin təməlqoyma mərasiminə qatılıblar. Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad edildikdən sonra burada genişmiqyaslı tikinti-quruculuq prosesinə başlanılıb. Bu gün şəhər tarixi siması və mədəni irsi qorunub saxlanılmaqla bərpa olunur, doğma sakinlərinə yenidən qucaq açır. 2023-cü ilin sonlarından etibarən keçmiş məcburi köçkünlərin doğma şəhərə qayıdışı təmin olunmağa başlanıb. İndiyədək Şuşaya 376 ailə - 1 409 nəfərdən artıq sakin köçürülüb. Bu proses hazırda da mərhələli şəkildə davam etdirilir. Şuşa bu gün nəinki mədəniyyətimizin beşiyi, həm də azadlığımızın, milli birliyimizin və gələcəyə inamımızın simvoluna çevrilib".

Deputat bildirib ki, Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir: "Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı rayonuna növbəti səfəri bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Dövlət başçısının səfəri zamanı burada "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və "Qoç Ət" Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Xocalı artıq yalnız kədərin deyil, həm də ümidin, dirçəlişin və ləyaqətli həyatın şəhəridir. Artıq insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalının yenidən qurulması Azərbaycan xalqının tarixinə sahib çıxmasının, eyni zamanda gələcəyə nikbinliklə baxmasının bariz nümunəsidir.

"Bir zamanlar "Qafqazın Hirosiması", "kabus şəhər" adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. İşğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə Prezidentin Ağdama səfəri, rayonun Kəngərli kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı görüşdə Ağdam sakinlərinə növbəti şad xəbəri də verdi. Prezident qeyd etdi ki, rayonun Xıdırlı kəndi də demək olar ki, açılışa hazırdır və yaxın aylarda orada da həyat qaynayacaq. Ölkə başçımız rayona səfəri çərçivəsində, həmçinin Ağdam vağzal kompleksinin və Ağdam Muğam Mərkəzinin açılışında da iştirak etdi. Bütün bunlar onu deməyə əsas verir ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək", - deyə müsahibimiz vurğulayıb.

Deputat yekunda əlavə edib ki, Prezident İlham Əliyevin Şuşa, Xocalı və Ağdam rayonlarına növbəti səfəri bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq prosesi strateji xətt kimi formalaşıb:

"Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi ərazilərimiz bu gün sürətlə dəyişir, dirçəlir və inkişaf edir. Yeni şəhərsalma layihələri, müasir yaşayış kompleksləri, mədəni, sosial və iqtisadi infrastruktur obyektləri, abadlaşdırılmış park və ictimai məkanlar bölgədə həyatın tam mənada bərpa olunduğunun göstəricisidir. Azərbaycan dövlətinin qarşısına qoyduğu əsas hədəf keçmiş məcburi köçkünlərin doğma torpaqlarına ləyaqətli şəkildə qayıdışını təmin etməkdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda həyat yenidən qaynayır. Qarabağ və Şərqi Zəngəzur artıq təkcə xatirələrin yox, həm də gələcəyin, inkişafın və rifahın rəmzinə çevrilir".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 May 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri