Deputat: Azərbaycan və Ermənistan arasında əldə olunan nəticələr real sülhə doğru mühüm addımdır
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Milli Məclisin deputatı Gülşən Paşayeva bu gün Hədəf verilişinin qonağı olarkən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Abu Dabidə keçirilən görüşü barədə fikirlərini bölüşüb.
AZXEBER.COM Deputat öz açıqlamasında bildirib ki, bu görüşün keçirilməsində heç bir vasitəçiyə ehtiyac olmayıb:
"Bu görüşün ən mühüm məqamlarından biri ondan ibarətdir ki, ikitərəfli formatda keçirilib və heç bir vasitəçiyə ehtiyac duyulmayıb. Bu, tərəflər arasında etimadın artdığını və irəliləyişin olduğunu göstərir", – deyə Gülşən Paşayeva qeyd edib.
Deputat əlavə edib ki, görüşün Abu Dabidə keçirilməsi neytrallıq və tərəfsizlik baxımından mühüm əhəmiyyət kəsb edir: "Tərəfsiz məkanda belə bir tədbirin baş tutması müsbət haldır və bu, sülh prosesinə əlavə dinamizm gətirə bilər".
Paşayevanın sözlərinə görə, bu görüşlər müxtəlif məkanlarda baş tutur və hər birinin sülhə töhfə verməsi baxımından önəmi böyükdür.
Oksana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















