Icma.az
close
up
RU
Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz danışıqlar: Sülhə doğru real addım

Azərbaycan və Ermənistan arasında vasitəçilərsiz danışıqlar: Sülhə doğru real addım

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun tarixində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu görüş Cənubi Qafqazda davam edən gərginlik fonunda sülhə doğru atılan mühüm və tarixi addım kimi dəyərləndirilir.

Bu görüşün diqqətçəkən məqamlarından biri də danışıqların məkanıdır. Görüşün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilməsi təsadüfi deyil. Bu seçim həm siyasi, həm də diplomatik baxımdan xüsusi anlam daşıyır. Əvvəlki illərdə keçirilmiş görüşlər, əsasən, vasitəçilərin iştirakı ilə Avropa şəhərlərində - Brüssel, Moskva, Vaşinqton kimi siyasi mərkəzlərdə baş tutmuşdu. Lakin bu dəfə Azərbaycan rəhbərliyi danışıqların vasitəçisiz formatda keçirilməsi üçün daha etibarlı və neytral mühit yaratmaq istəyirdi. Əbu-Dabi bu meyarlara tam uyğun gəlirdi.

BƏƏ Azərbaycanla uzun illərdir siyasi, iqtisadi və mədəni sahələrdə sıx münasibətlərə malik olan dost ölkədir. Əmirliklər daim Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşıb və heç zaman Ermənistan-Azərbaycan münaqişəsində qərəzli mövqe sərgiləməyib. Bu baxımdan, Əbu-Dabidə aparılan danışıqlar Azərbaycan üçün həm diplomatik rahatlıq, həm də strateji balans imkanı yaratmışdır. BƏƏ regionda və beynəlxalq aləmdə balanslı və müstəqil xarici siyasət yürüdən ölkələrdən biridir. Onun vasitəçilikdə maraqlı və ya tərəf kimi çıxış etməməsi, bu danışıqlara əlavə etibar qazandırıb. Əmirliklər nə NATO üzvüdür, nə də KTMT-yə daxil olan ölkədir - bu da onu ideoloji cəbhələşmədən kənarda saxlayır.

Son illərdə BƏƏ özünü Yaxın Şərqdə və beynəlxalq aləmdə nüfuzlu diplomatik oyunçu kimi göstərir. O, İsrail-Ərəb yaxınlaşması, İranla əlaqələr, Əfqanıstan məsələsi və digər regional problemlərdə vasitəçilik təklifləri ilə çıxış edir. Əbu-Dabinin belə bir görüşə ev sahibliyi etməsi onun diplomatik statusunu daha da gücləndirir.

Azərbaycan tərəfindən Əbu-Dabinin danışıqlar məkanı kimi seçilməsi təkcə texniki deyil, həm də siyasi strategiya məsələsidir. Bu addım göstərir ki, rəsmi Bakı yalnız sülhün məzmununa deyil, həm də onun formasına, şəraitinə və mühitinə ciddi əhəmiyyət verir. Bu seçim həm Ermənistan tərəfinin qəbul edə biləcəyi neytral bir platformanı təmin etdi, həm də danışıqların obyektiv və qərəzsiz şəkildə keçirilməsinə zəmanət verdi.

Bu kontekstdə Əbu-Dabi görüşü regionda uzunmüddətli sülhün qurulması yolunda mühüm mərhələ kimi tarixə düşəcək. Azərbaycanın bu diplomatik uğuru həm siyasi uzaqgörənlik nümunəsi, həm də yeni reallıqların düzgün qiymətləndirilməsi baxımından örnəkdir.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə baş tutan görüş təkcə görüşün məkanı ilə deyil, həm də formatı ilə regionda diplomatik münasibətlərdə yeni bir mərhələ açdı. Danışıqların ikitərəfli formatda, yəni vasitəçilərsiz keçirilməsi Azərbaycan tərəfinin təkidi ilə mümkün olub və bu, münaqişənin gələcək həllində yeni yanaşmanın ortaya çıxdığını göstərir.

2020-ci il Vətən müharibəsindən sonra regionda yeni geosiyasi reallıqlar yaranıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə beynəlxalq hüququn əsas prinsiplərinə əməl olunmasını təmin etdi. Bu uğur ölkəyə danışıqlarda daha güclü və bərabərhüquqlu tərəf kimi çıxış etməyə imkan verdi. Vasitəçilərsiz format bu suveren yanaşmanın təbii davamıdır. Keçmişdə ATƏT-in Minsk Qrupu çərçivəsində və digər platformalarda aparılan danışıqlarda vasitəçilər bəzən öz milli və geosiyasi maraqlarına uyğun mövqe tutaraq prosesin neytrallığını pozmuşdular. Bu, illərlə danışıqların nəticəsiz qalmasına səbəb olmuşdu. Azərbaycanın yeni mövqeyi isə ondan ibarətdir ki, konfliktin birbaşa tərəfləri - Azərbaycan və Ermənistan - artıq öz gələcəklərini özləri müəyyən etməlidir.

Bu görüşdə müzakirə olunan əsas məsələlərdən biri də Zəngəzur dəhlizinin açılması olub ki, bu da təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün böyük strateji, iqtisadi və geosiyasi əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi uzun illərdir ki, Azərbaycan tərəfindən regional əməkdaşlığın açarı kimi təqdim olunur. Dəhliz Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən nəqliyyat və logistika layihəsi olmaqla yanaşı, Ermənistan üçün də iqtisadi imkanlar yaradan bir mexanizmdir.

Əsas maneə Ermənistan daxilində bu dəhlizə qarşı olan siyasi dairələrin müqavimətidir. Zəngəzur dəhlizi bəziləri tərəfindən suverenliyə təhdid kimi göstərilsə də, Azərbaycan bu dəhlizin heç bir ölkənin ərazi bütövlüyünə zidd olmadığını, beynəlxalq hüquqa əsaslandığını və qarşılıqlı nəqliyyat təminatını nəzərdə tutduğunu dəfələrlə vurğulayıb.

Əbu-Dabidə keçirilən danışıqlar zamanı Zəngəzur dəhlizi məsələsinin açıq və ciddi şəkildə müzakirə olunması onu göstərir ki, tərəflər artıq praktiki mexanizmlər və təminat formulları üzərində işləməyə hazırdırlar.

Danışıqlar zamanı Ermənistan tərəfinin Azərbaycanın irəli sürdüyü sülh konsepsiyasını qəbul etməsi, regionda illərlə davam edən gərginlik və qarşıdurmadan sonra yaranan ən ümidverici siyasi siqnallardan biri kimi dəyərləndirilir. Bu konsepsiya təkcə sülhün təmininə deyil, eyni zamanda, regionun iqtisadi və nəqliyyat baxımından inteqrasiyasına, sabitliyin möhkəmlənməsinə, xalq diplomatiyasının təşviqinə və gələcək əməkdaşlığa zəmin yaradır.

TREND

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see194

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri