Icma.az
close
up
RU
Deputat: Azərbaycanla Türkiyə arasında əlaqələr unikal müttəfiqlik nümunəsidir

Deputat: Azərbaycanla Türkiyə arasında əlaqələr unikal müttəfiqlik nümunəsidir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 10 mart, AZƏRTAC

Bu gün Azərbaycan-Türkiyə münasibətləri ən yüksək zirvədədir. İki ölkə arasında əlaqələr unikal müttəfiqlik nümunəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycanla Türkiyənin əlaqələri tarixə, eyni soykökə bağlılığa, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” kəlamı münasibətlərin əsasında dayanır. Azərbaycan-Türkiyə qardaşlığının və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafına nail olan Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri çox mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin dediyi kimi, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir. Hər iki ölkənin rəhbərliyinin sıx münasibətləri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Şuşa Bəyannaməsinin imzalanması ilə strateji müttəfiqlər olan Azərbaycanla Türkiyə bütün məsələlərdə daim bir-birinin yanında durduqlarını nümayiş etdirir. Martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi isə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin növbəti ifadəsidir. Bu layihənin təkcə sosial-iqtisadi deyil, siyasi əhəmiyyəti də böyükdür. Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı da layihənin önəmini təsdiqləyir.

S.Fətəliyevanın sözlərinə görə, İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək. Mərasimdə Prezident İlham Əliyevin dediyi kimi: “Bir əsrdən çoxdur ki, Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrılıb. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozulub. Bir əsrdən çox davam edən bu ədalətsizlik Naxçıvanda yaşayan bizim soydaşlarımızın həyatına çox mənfi təsir göstərmişdir. Xüsusilə Birinci Qarabağ savaşı başlayan kimi Ermənistan Qarabağı işğal etdi və eyni zamanda, Naxçıvanı blokadaya aldı”.

Deputat söyləyib ki, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan üçtərəfli bəyanat əsasında Naxçıvana maneəsiz gediş-gəliş üçün öhdəlik götürüb. Lakin rəsmi İrəvan Zəngəzur dəhlizi adlandırdığımız layihənin reallaşmasına hələ də əngəl olur. Amma gec-tez bu tarixi ədalətsizlik aradan qaldırılmalı, Zəngəzur dəhlizi açılmalıdır.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan isə Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfində olduğunu söyləyərək deyib: “Bölgəmizdə ancaq sülh istəyirik, əməkdaşlıq istəyirik, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik”.

Sevinc Fətəliyeva qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi qlobal layihələr regionun inkişafına töhfə verməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qırx dörd günlük müharibə zamanı dost, qardaş Türkiyənin xalqımıza qəti siyasi və mənəvi dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı. Eləcə də iki il əvvəl qardaş ölkədə baş vermiş güclü zəlzələ ilə bağlı Azərbaycan öz qardaşlıq dəstəyini əsirgəmədi. Bütövlükdə Azərbaycanla Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq, beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında möhkəmlənən əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyinə və inkişafına töhfədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri