Icma.az
close
up
RU
Deputat: “Azərbaycanla Türkiyə arasında əbədi bağ var” VİDEO

Deputat: “Azərbaycanla Türkiyə arasında əbədi bağ var” VİDEO

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Türkiyənin Sinop şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclası keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə 13 ölkənin nümayəndələri iştirak edib.

Azərbaycan parlamentini yığıncaqda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, habelə QDİƏT PM-in Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova təmsil ediblər.

Görüşdən sonra Sinopun tarixi və turistik yerlərini ziyarət edən nümayəndə heyəti şəhərin bənzərsiz təbiətinə, eləcə də zəngin tarixinə heyranlıqlarını gizlədə bilməyib.

Nümayəndə heyətinin tərkibində olan azərbaycanlı deputat Səbinə Salmanova isə çıxışı ilə diqqət çəkib.Belə ki, tarixi Sinop həbsxanasını ziyarət edən millət vəkili Səbinə Salmanova təəssüratlarını “Vitrinhaber” ilə bölüşüb. Deputat tarixi həbsxananın soyuq daş divarları, qaranlıq hücrələri və keçmişin izlərini daşıyan zindanların onu heyran etdiyini söyləyib:

“Bura hər nə qədər qorxulu olsa da, tarix qoxur. İnsan burada keçmişin nəfəsini hiss edir. Sinop təkcə tarixi ilə deyil, təbiəti və sakinlərin qonaqpərvərliyi ilə insanı özünə cəlb edir”.

O bildirib ki, Azərbaycanla Türkiyə arasında əbədi bağ var:

“Sinopda özümü evimdəki kimi hiss etdim. Bu şəhər həm təbii gözəllikləri, həm də tarixi teksturası (quruluş) ilə açıq səma altında bir muzey kimidir. Buranı görəndə çox sevindim, yenidən gəlmək istərdim”.O, həmçinin Sinopda keçirilən beynəlxalq görüşün çox əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.

Elmir Mustafa
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 May 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri