Icma.az
close
up
RU
Deputat “Azercell”i tənqid etdi: “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb”

Deputat “Azercell”i tənqid etdi: “Milyonlarla istifadəçisi var, amma böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb”

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

““Azercell” mobil operatorunun 1 iyul tarixindən etibarən fakturasız istifadəçilər üçün yeni şərtlər tətbiq edəcəyi ilə bağlı açıqlamasından görünür ki, “Azercell” “müştəri yönümlü” deyil, “yalnız gəlir gətirən müştəri” yönümlü siyasətə üstünlük verib. Yeni qaydalardan sonra artıq 1–2 manat balans yükləməklə insanlar nömrə xəttini aktiv saxlaya bilməyəcəklər. Əvvəlki sistem azgəlirli və yalnız əlaqə üçün nömrə saxlayan insanlara, xüsusilə bölgələrdə yaşayanlara müəyyən rahatlıq təmin edirdi. Əgər indiyədək 5 manat ödəyib, 1 ay aktiv nömrə işlətmək, yəni kiməsə zəng etməklə danışmaq mümkün idisə, indi təklif olunan qaydalara görə, bu 5 manatla  vətəndaşın nömrəsi yalnız 5 gün aktiv olacaq, hətta balansda pul olsa da, danışmaq mümkün olmayacaq. Şirkət yeni qiymət siyasətində balanssız nömrələrin qarşısını almaq, daha aktiv istifadəçi davranışı yaratmaq və daha çox kontur yükləmə stimulu yaratmaq niyyətindədir. Yəni pulun, balansın varsa, nömrən aktiv olacaq, yoxsa nömrən bağlanacaq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

“Tarifə qoşulanlar üçün isə vəziyyət tam başqadır. Tarifiniz varsa, yalnız o tarifin tam haqqını yüklədikdə nömrəniz 30 gün açıq qalacaq. Tarifə qoşulmamısınızsa, balansa 1 və ya 2 manat yükləsəniz, heç bir resurs aktivləşməyəcək, nömrə də cəmi 1-2 gün açıq qalacaq.  Mənə görə, digər ciddi məsələ “Azercellim”, “Bölgə”, “GəncSim”, “Sadə6” və digər az da olsa, sərfəli tariflərə yeni qoşulmaların dayandırılmasıdır. Beləliklə, “Azercell” həm də istifadəçilərin seçim imkanlarını məhdudlaşdırır, bazar daxilində “məcburi edilən” yeni modellərə keçir. Milyonlarla istifadəçisi olan şirkət kiçik məbləğlərlə deyil, böyük məbləğlərlə qazanmaq üçün hər şeyi hesablayıb. Digər tərəfdən, bu, rəqəmsal bərabərsizlik və əlçatanlıq baxımından ciddi geriləmədir. “Azercell” şirkətinin bu addımı dolayısı ilə rəqəmsallaşmaya da mənfi təsir göstərəcək. Ümid edirəm ki, dövlət şirkəti olan “Azercell” tarif qaydalarına yenidən nəzərə salmalı, “1 manat – 1 gün” prinsipi ləğv edilməli, daha münasib tariflər müəyyən etməlidir. Xatırladıram ki, qonşu ölkələrin heç bir mobil operatorunda belə sərt yanaşma yoxdur”, — deputat bildirib.

Aytəkin Qardaşova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see138

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see122

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see121

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see121

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see121

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Vens artıq Maskı tənqid etməyəcək Tramp YASAQLADI

08 İyun 2025 19:39see119

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Qazaxıstan Prezidentindən yeni müdafiə nazirinə TAPŞIRIQ

08 İyun 2025 19:25see118

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see116

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Qazaxıstan müdafiə nazirini dəyişib...

08 İyun 2025 19:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri