Icma.az
close
up
RU
Uşaqlar üçün ən zərərli oyuncaqlar: Gözə görünməyən təhlükə

Uşaqlar üçün ən zərərli oyuncaqlar: Gözə görünməyən təhlükə

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Uşaqlar üçün oyuncaq deyildikdə, hər kəsin ağlına əyləncəli, yumşaq və maraqlı fiqurlar gəlir. Lakin bu rəngarəng və cazibədar məhsulların bəziləri, təəssüf ki, uşaqlar üçün ciddi sağlamlıq və psixoloji risklər daşıyır

Bəzi oyuncaqlar bahalı olsa da, bəziləri həddindən artıq ucuz olur. Bəs bunun səbəbləri nələrdir?

Lent.az araşdırmasında azyaşlılar üçün hazırlanan oyuncaqların görünməyən fəsadlarından bəhs edir. 

Kimyəvi maddələrlə zəngin “ucuz” oyuncaqlar

Bəzi plastik oyuncaqların tərkibində ftalatlar, qurğuşun və digər toksik maddələr olur. Bu maddələr dəridən və ya ağız yolu ilə keçərək uşağın hormonal və immun sisteminə zərər verə bilər. Xüsusilə ucuz və qeyri-sertifikatlı məhsullarda bu maddələrin miqdarı normadan artıq olur.

Kiçik hissəli oyuncaqlar

Balaca hissələrdən ibarət olan və ya asanlıqla parçalana bilən oyuncaqlar (məsələn, bəzi LEGO dəstləri, plastik fiqurlar) 3 yaşa qədər uşaqlar üçün son dərəcə təhlükəlidir. Buna görə də valideynlər oyuncaq alarkən, onun üzərində, yaxud etiketində qeyd olunan yaş həddinə diqqət etməlidirlər.  Nəzərə almaq lazımdır ki, hər il yüzlərlə uşaq bu səbəbdən xəstəxanalara düşür.

Səsli və işıqlı oyuncaqlar

Həddindən artıq yüksək səs çıxaran və ya işıq yayan oyuncaqlar uşaqların eşitmə və görmə qabiliyyətinə zərər verə bilər. Xüsusilə bu tip oyuncaqlar eşitmə funksiyasında problemlər yarada bilir. Beyin hələ tam formalaşmadığı üçün yüksək səslər, həmçinin  nevroloji narahatlıqlara da səbəb ola bilər.

Agressiyanı təşviq edən oyuncaqlar

Silah formalı, döyüşçü fiqurlu və qorxunc varlıqları simvolizə edən oyuncaqlar uşaqların psixoloji inkişafına mənfi təsir göstərir. Belə oyuncaqlar onlarda aqressiv davranışları normallaşdırır. Bilmək lazımdır ki, uşaqlar oyun zamanı öyrəndiklərini real həyatda tətbiq etməyə meyllidirlər.

“Ağıllı” oyuncaqlar yaxud texnoloji “tələ”

Planşet, uşaq üçün nəzərdə tutulmuş smartfon və digər rəqəmsal oyuncaqlar erkən yaşlardan ekrana bağlılıq yaradır. Bu cihazlar uşaqda diqqət pozuntusu, yuxu problemləri və asılılıq kimi nəticələr formalaşdırır. 

Təhlükəli fiziki dizayn: İti uclar və sərt materiallar

İti bucaqları, sərt və qırılan hissələri olan oyuncaqlar uşaqlarda ciddi fiziki xəsarətlərə səbəb ola bilər. Bu xüsusiyyətlər, adətən, keyfiyyətsiz istehsalda və ya təhlükəsizlik testindən keçməmiş məhsullarda olur. Oyuncağın keyfiyyətsiz plastiki və zəif yapışdırılmış hissələri asanlıqla qopa və uşaq üçün təhlükəyə çevrilə bilər.

Valideynlər, uşaq üçün oyuncaq seçərkən yalnız onun əyləncəli və ya populyar olmasına deyil, təhlükəsizlik göstəricilərinə də diqqət yetirməlidirlər. Oyuncağın üzərində CE, EN71 və digər beynəlxalq sertifikatların olması, onun müəyyən təhlükəsizlik standartlarına cavab verdiyini göstərir. Ən əsası isə, uşaq oyuncağından necə istifadə edəcəyini anlamalı və valideyn nəzarəti ilə oynamalıdır. Çünki bəzən görünüşcə zərərsiz olan bir oyuncaq, düzgün istifadə edilmədikdə təhlükəyə çevrilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyun 2025 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see446

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see444

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see332

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see296

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see285

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see279

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see275

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see273

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see229

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see199

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see197

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see185

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri