Icma.az
close
up
RU
İki qardaş ölkənin siyasi və ictimai yaxınlaşmasına, bir birini anlamasına media dəstək olmalıdır

İki qardaş ölkənin siyasi və ictimai yaxınlaşmasına, bir birini anlamasına media dəstək olmalıdır

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Ötən həftələrdə Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində “Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Türkiyə Cümhuriyyəti Kommunikasiya Başqanlığının Bakıdakı Mətbuat Müşavirliyi və Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə analitiklər və köşə yazarları ilə görüşdə Türkiyə-Azərbaycan münasibətləri konteksində maraqlı məqamlara toxunuldu. Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin kommunikasiya müşaviri Cihangir İşbilir bildirdi ki, Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində 6 komitənin yaradılması nəzərdə tutulub. Müşavir qeyd edib ki, bu komitələrin yaradılması iki qardaş ölkənin bir-birini daha yaxından tanıması üçün önəmli bir addımdır., həm də dezinformasiya ilə mübarizədə də bu komitələrin rolu böyük olacaq.

Etiraf etməliyik ki, Azərbaycan və Türkiyə siyasi müstəvidə bir-birinə möhkəm şəkildə bağlı iki dövlətdir. Türkiyənin qardaşlığını, dəstəyini biz İkinci Qarabağ müharibəsində də hiss etmişik. Əslində xalqlarımız qardaşdır, bir millət sayılırıq. Amma bir az hər iki dövlətdə maariflənməyə ehtiyac var. Azərbaycan və azərbaycanlılar Türkiyəni çox sevir, türklərə qarşı xüsusi simpatiya bəsləyirlər. Amma bəzən müxtəlif qüvvələrin təhriki ilə öz ölkəmizdə də iki dövlətin münasibətlərinə kölgə salmaq istəyənlər olur. Bu vəziyyəti Türkiyə cəmiyyətində də müşahidə edirik.

Türkiyə Azərbaycanla müqayisədə böyük ölkədir. Etiraf edək ki, Türkiyədə Azərbaycanı tanımayanlar da var. Azərbaycanı Türkiyədə tanıtmaq əslində medianın öhdəliyidir. Media Azərbaycanı Türkiyədə tanıtmalıdır. Məsələn; Azərbaycan mediası Türkiyə ilə bağlı bütün xəbərləri, Azərbaycana dəstəyini anbaan yayımlayır. Biz Türkiyəni çox yaxşı bilirik, sevirik. Bizim də Türkiyədə sevilməyimiz üçün onların da bizi dərindən tanıması önəmlidir. Bu da yenə diplomatiya yolu ilə, media ilə həyata keçirilməlidir. Bəzən sosial şəbəkələrdə yayımlanan xəbərlər, bəzən əsassız açıqlamalar, iki ölkə arasında olan həssas bağlara zərər verə bilir. Xalqları maarifləndirmək lazımdır.

Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi və yaxud 500 illik tarix Şah İsmayıl Xətai ilə bağlı açıqlamalar cəmiyyətləri qarışdıra bilir. Bu qarışıqlığın qarşısı almaq üçün yeni tarixə nəzər salmaq lazımdır. Əgər keçmişi qarışdırsaq, keçmişdən kimin dost, kimin düşmən olmasını müəyyən etməyə və bu siyasətlə davam etməyə çalışsaq, qazanan olmarıq. Bütün dünya "yeni dünya nizamı"ndan danışdığı bir halda keçmişdə qalmaq, keçmişlə yaşamaq olmaz. Təbii ki, biz əsla tariximizi danmırıq. Etiraf edək, bu gün Azərbaycan müstəqil, suverenliyini bərpa etmiş güclü bir dövlətdir. Türkiyə yanımızdadır. Türk Dövlətləri Təşkilatında mühüm addımlar atılır. Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə edilir. Hansı ki, Zəngəzur dəhlizi Türkiyəni coğrafi baxımdan türk dünyasına bağlayır. Belə bir həssas dönəmdə yeni tariximizə diqqət etməliyik, önəm verməliyik. Unutmamaq lazımdır ki, hər bir ölkədə müxtəlif düşüncəli dövlət başçıları olub, gəlib-gedir, tarix yenilənir. Keçmişi unutmadan, bu günlə yaşamaq lazımdır.

Bu gün iki ölkənin münasibətlərinə zərər vura biləcək amillərdən qaçınmaq lazımdır. Bu bizi daha da yaxınlaşdırar, möhkəmləndirər. Türk dünyasının bütünlüyü dünyaya gözdağıdır. Dünya türkün birliyindən qorxur...

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində xalqlarımız arasında yarana biləcək anlaşılmazlıqların öhdəsindən sevə-sevə gələcəyimizə şübhəm yoxdur...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 10 İyun 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri