Deputat: Bələdiyyələrin dayanıqlı gəlir mənbələri formalaşdırılmalıdır
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Milli Məclisin plenar iclasında deputat Vasif Qafarov “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzə”ni şərh edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, o bildirib ki, bələdiyyələrin fəaliyyəti daha şəffaf və hesabatlı olmalıdır, lakin kənd bələdiyyələrinin çoxu hələ də zəif fəaliyyət göstərir.
Deputat vurğulayıb ki, torpaqların sərhədlərinin dəqiq müəyyən edilməməsi və icarə qiymətlərinin yüksək olması bələdiyyələrin gəlir əldə etməsinə mane olur. V.Qafarov əlavə edib ki, dayanıqlı gəlir mənbələri olmayan bələdiyyələrin real iş görmək imkanları məhduddur və bunun aradan qaldırılması üçün kompleks tədbirlər görülməlidir.
O həmçinin müsbət nəticələr əldə etmiş şəhər bələdiyyələrinin təcrübəsinin digər bələdiyyələrə yayılmasının vacibliyini qeyd edib.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Fevral 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















