Icma.az
close
up
RU
Deputat: Bu, çıxarışsız evlərdə mümkün deyil

Deputat: Bu, çıxarışsız evlərdə mümkün deyil

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsi 14 faizdən 10 faizə endiriləcəyi gözlənilir.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə əksini tapıb. Yeni yanaşma fiziki şəxslərin vergi yükünün azaldılması, eləcə də kirayə bazarının stimullaşdırılması məqsədi daşıyır.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, kirayə üzrə gəlir vergisinin endirilməsi müsbət haldır.

Onun sözlərinə görə, bu, bütün hallarda vergidən yayınmanın qarşısının alınması məqsədi daşıyır:

“Aparılan monitorinqlər göstərir ki, bu sahədən büdcəyə daxilolmaların həcmi çox deyil. Xüsusən də nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Bu kontekstdən, gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsində məqsəd həm bu sahənin “ağardılmasına”, həm də dövlət büdcəsinə həmin mənbədən daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir.

Nəticə etibarilə, digər ölkələrin də təcrübəsi göstərir ki, kirayə vergiləri bütövlükdə gəlir vergilərində vergi növlərindən biridir. Ona görə də bu istiqamətdə şəffaflıq, kirayə müqavilələrinin sayının artırılması əsas səbəblərdəndir. Bütün bunlarla yanaşı, eyni zamanda, biz kirayə üzrə gəlir vergisinin daha da azaldılmasını təklif edirik”.

V.Bayramov əlavə edib ki, digər ölkələrin təcrübəsinə görə, kirayə sektorunda vergi dərəcələrinin aşağı olması kirayə müqavilələrinə marağı artırır:

“Bu da həmin mənbədən dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan verir. Təbii ki, kirayə üzrə gəlir vergisi dərəcələrinin azaldılması təqdirəlayiqdir. Gözlənilir ki, bu addım həmin sahədə kirayə müqavilələrinin sayının artmasına və büdcəyə daha çox vəsaitin daxil olmasına imkan yaradacaq”.

Qeyd edək ki, fiziki şəxslər üçün kirayə haqları üzrə gəlir vergisinin dərəcəsi 14 faizdən 10 faizə endiriləcəyi müsbət addım kimi qarşılansa da burada vətəndaşlar bəzi problemlərlə üzləşirlər.

Belə ki, bu gün ölkədə, o cümlədən Bakı və ərtaf qəsəbələrdə kifayət qədər sənədsiz evlər var. Yəni buraya həm fərdi həyət evləri, həm də yeni tikilən binalar daxildir. Maraqlıdır, “kupça”sı olmayan evlərlə kirayə müqaviləsi necə bağlanacaq?

Məsələ ilə bağlı daşınmaz əmlak eksperti Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, 2026-cı ilin yanvar ayından fiziki şəxslər üçün yaşayış evləri ilə bağlı kirayə vergiləri 14 faizdən 10 faizə endirilir:

“Hər hansı br əmlakın vergiyə cəlb edilməsi üçün həmin əmlakla notarial qaydada kirayə və ya ticarət müqaviləsi bağlanılmalıdır. Notarial qaydada bağlanan müqaviləni mütləq şəkildə həmin əmlakın müəyyənedici sənəd, çıxarış olmalıdır.

Ancaq bu gün təssüflər olsun ki, çıxarışsız yüz minlərlə əmlaklar var və onların böyük bir hissəsi kirayədədir. Yəni alıb kirayəyə veriblər. Burada qanunun bu tərəfini sərtləşdirmək olmur. Çünki bir qanun bir ölkədə bəzi əmlaklara şamil oluna bilir, digər əmlaklara isə şamil oluna bilmir.

Bu baxımdan həmin əmlaklara, sahibsiz evlərə mütləq şəkildə çıxarışların verilməsi prosesi uzun illərdir ki, yubadılır. Ancaq onlara hər hansı bir formada çıxarış olmasa da, vətəndaşlara “istifadə hüququ”, “yaşamaq hüququ” və digər hər hansı müəyyənedici sənəd verilərsə, vətəndaşlarda da bir əminlik yaranar ki, “mənim evimin mənə məxsus olması ilə bağlı hər hansısa bir sənəd var”.

Təbii ki, vətəndaşlar öz əmlaklarında uzun illərdir yaşayırlar. Heç kim vətəndaşı öz evindən çıxarmır. Ancaq burada vətəndaşın itkiləri çox olduğu kimi dövlət büdcəsi də kifayət qədər gəlirdən məhrum olur. Yəni mənzil kirayə verilərkən kirayə vergilərindən məhrum olur.

Həmin əmlakların çıxarışı olmadığına görə əmlaklar torpaq və əmlak vergisinə cəlb oluna bilmir, sığortalana bilmir və s. Yəni bu sahənin inkişafı üçün mütləq şəkildə köklü dəyişiklik olub, həmin əmlaklar ya çıxarışla təmin olunmalı, ya da çıxarışa qədər hər hansı sənəd təsdiq olunub vətəndaşa verilməlidir ki, dövlət büdcəsi buradan yararlana bilsin.

Çünki ölkə başçısı daim öz çıxışında ölkədə qeyri-neft sektorunun inkişafına çalışır, müəyyən sahələrin inkişafına dəstək göstərir. Ölkədə ən böyük qeyri-neft sektoru daşınmaz əmlak sahəsidir ki, bu sahə mövcuddur.

Sadəcə onu mümkün qədər qeyri-rəsmi, sənədsiz evləri hansısa formada sənədləşdirmək mümkün olsa, artıq qeyri-neft sektoruna bu sahədən külli miqdarda vəsait daxil ola bilər”.

Onun sözlərinə görə, çıxarışlı evlərdə vergi ödənişi mütləq olsa da, amma çıxarışsız evlərdə isə bu mümkün deyil:

“Bu zaman vətəndaş hansısa formada məsuliyyətdən azad oluna bilər. Yeni tikili binalarda “kupça” olmasa belə, onlarda ilkin sənəd olur. Şirkətlə vətəndaş arasında olan həmin müqavilədə bu mənzilin vətəndaşa məxsus olduğu orada qeyd olunur. Notarius həmin mənzillərlə kirayə müqaviləsi bağlasa, vergi tuta bilərlər”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 Dekabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri