Icma.az
close
up
RU
Deputat: Bu, yalnız mənim şəxsimlə bağlı deyil

Deputat: Bu, yalnız mənim şəxsimlə bağlı deyil

Icma.az bildirir, Reyting.az portalına istinadən.


İyulun 8-də deputat Fazil Mustafaya sui-qəsdə cəhd etməkdə təqsirləndirilən Azər Səricanov, Elşad Əsgərov və Səbuhi Şirinovun kassasiya şikayətləri üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Səricanov ömürlük, Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
Sosial şəbəkələrdə məhkum edilənlərin ailələrinin - ata-analarının Fazil Mustafaya müraciət edərək imdad dilməsi ilə bağlı məlumatlar yayılıb.
Reyting.az-ın məlumatına görə, Modern.az yayılan xəbərləri dəqiqləşdirmək məqsədilə deputatla əlaqə saxlayıb.
Fazil Mustafa bildirib ki, bu barədə hər hansı məlumatı yoxdur: “Bu barədə mənim hər hansı məlumatım yoxdur. Amma məhkəmədə aparılan prosesdə onların davranışları hər hansı şəkildə imdad diləmə kimi nəzərdə tutulmur. Bunlar müsəlmanlığı bütövlükdə vəhşilik törətmək vasitəsi kimi görən, dini başqa insanları susdurmaq inancı kimi anlayan və xarici ölkənin Azərbaycan üçün yetişdirdiyi casus şəbəkəsinin elementləridir. Onların məndən hər hansı formada imdad diləməsinin mənəvi və hüquqi əsası yoxdur. Çünki onlar mənim şəxsimə qəsddən daha çox bir dövlətin Azərbayacana qarşı təxribatlarında yer alan adamlardır. İndi bunu könüllü və ya məcburi qəbul etdiklərini məhkəmədə ən azından etiraf edə bilərdilər. Həbs olunan şəxslər tərəfindən imdad çağırışları olmayıb. Ola bilsin hər hansı şəbəkə vasitəsilə yaxın çevrəsi tərəfindən bu məsələ gündəmə gətirilə bilər”.
F.Mustafa vurğulayıb ki, sui-qəsd məsələsi yalnız onunla bağlı iş deyil: “Bu, dövlətə, dövlət xadiminə qarşı törədilmiş cinayətdir. Onlar öldürmə məqsədilə bunu həyata keçiriblər. Ona görə də bu kimi cinayətlərdə kiminsə bağışlaması və ya məsələnin üzərindən keçilməsi mümkün deyil. Bu dövlətin verdiyi cəzadır. Dövlət də o məsələni özünə qarşı edilmiş təxribat, sui-qəsd hadisəsi kimi qiymətləndirirək belə bir addım atıb”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 İyul 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri